Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu, İran İnqilabının yolunu qoruyur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə İmam Rza (ə)-ın pak türbəsinin ziyarətçiləri və hərəmə toplaşanlar qarşısında etdiyi çıxışında Amerka və daxildə bəzilərinin bir-iki yalançı və saxta yolla İranın elitasının zehninə və ümumi xalqının fikirlərinə yeritdikləri “müstəmləkəçilik ideasının gizli və təhlükəli məqsədləri”nin həqiqi mənasını izah etməklə Müqavimət iqtisadiyyatı yolunda “əməli tədbirlər” üçün 10 əsaslı təklif irəli sürərək təkidlə bildirdi: “Bu məntiqli və eyni halda inqilabi yol əziz İrana təhdidlər və sanksiyalar qarşısında toxunulmazlıq bağışlayır və cari ilin sonunda empati, kömək və üç qüvvənin yekdilliyi ilə xalqa obyektiv və etimad qazandıran hesabatlar verməyə dövləti qadir edir”.

İslam İnqilabının Rəhbəri İran xalqının yeni ilini yenidən təbrik etməklə 1395-ci günəş ilinin başlanması və sona çatmasının Həzrət Fatimeyi-Zəhra əleyhis-salamın doğum gününə təsadüf etməsini ölkənin bərəkətinin mayəsi bildi.

Həzrət Ayətullah Xamenei davamında bu ilin “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarını bəyan etdi.

O, 1395-ci ilin şüarının seçilməsinin məntiqli və dəqiq ağıla dayanan əsası olmasını təkid edərək, bütün xalq, xüsusilə gəncləri bu ağıla dayanan əsası əks etdirməyə və üzərində dərin düşnməyə çağırdı və dedi: “Bəlkə də, bəzi insanlar bu ilin şüarının mədəni ya əxlaqi şüar olmasına üsütünlük verərdilər, lakin ölkənin ümumi məsələlərini diqqətə alaraq, “ictimai mühakimə” şəklində yayılması üçün son bir neçə ildə iqtisadi bir şüar seçilməsi qərarı verildi”.

İslam İnqilabının Rəhbəri bunu da əlavə etdi ki, bu ilin şüarının seçilməsi ölkə məslələrinin təhlili və daha çox diqqətə alınmasına dayanır.

O, çox diqqət göstərmək məsələsini açıqlayaraq əlvə etdi: “Hal-hazırda amerikalılar cəmiyyətin elitası və ölkədə ümumi fikir arasında, İran xalqının “iki yol ayrıncında” qaldığını və bu iki yoldan birini seçməkdən başqa çarəsinin olmadığı fikirını aşılayırlar”!

Həzrət Ayətullah Xamenei dedi: “Onların iddia etdikləri iki yol budur ki, İran xalqı ya amerikalılarla dil tapmalıdır, ya həmişəlik Amerikanın təzyiqi və ondan doğan problemlər altında qalmalıdırlar”.

O, “sərvət, siyasi faktorlar, geniş təbliğat sistemləri və Amerikanın hərbi təchizatı”na işarə edərək qeyd etdi: “Bu xüsusi düşüncəyə görə, Amerika kimi bir dövlətlə razılığa gəlinməli və onların buyurduqlarını qəbul etməklə bəzi “mövqe, prinsip və qırmızı xətlərə” göz yumulmalıdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İmzalanmış və bizim ölkəmiz tərəfindən qəbul edilmiş son nüvə razılaşmasında da həmin hadisə baş verdi və hörmətli Xarici işlər naziri mənə “Biz bəzi qırmızı xətləri qoruya bilmədik” dedi”.

Həzrət Ayətullah Xamenei bunu da əlavə etdi: “Bu, o deməkdir ki, tərəf müqabilin Amerika kimi bir dövlətdirsə onunla yola getməli, insanın təkid etdiyi bəzi məsələlərə göz yummalıdır”.

O, ölkə daxilində bəzilərinin bu təhlükəli düşüncələrlə iki yanlış yolu qəbul etmələri və onu başqalarına da qəbul etdirmək dalınca olduqları məsələsinə təkid edərək, qeyd etdi: “Bu şəxslər deyirlər ki, İran iqtisadiyyatının böyük potensialları vardır lakin bu potensiallardan istifadə yalnız nüvə razılaşması ilə mümkün deyil, Amerika ilə razılığa gəlinəcək digər məsələlər də var və İran xalqı və ölkə rəsmiləri buna qərar verməli və bu yolda addımlar atmalıdırlar”.

İslam İnqilabının Rəhbəri, Amerika ilə “Qərbi Asiya məntəqəsi məsələləri”, habelə “İranın öz qaydaları və qırmızı xətt məsələsində güzəşətə getməsi əsasında Tehran və Vaşinqtonun çəkişmələri” haqqında danışıq və əməkdaşlığını nüvə razılaşmasından sonra davam etdirilməli prosses kimi qiymətləndirdi.

Həzrət Ayətullah Xamenei, ölkənin iqtisadi problemlərinin yalnız müxtəlif məsələlərdə Amerika ilə danışıqlara gedilməsi və bəzi mövqelərimizdə güzəştə getməmiz yolu ilə həll olunacağına inanan bəzi xüsusi baxışlara təkid edərək vurğuladı: “Bu insanlar deyirlər: -Nüvə razılaşması “Birgə fəaliyyət proqramı” adlandı, digər sahələr, hətta konstitusiya məslələrində Amerika ilə dialoqa girmək də “2, 3 və 4-cü Birgə fəaliyyət proqramı”ola bilər və bu danışıqlar və razılaşmalar sayəsində xalq rahat yaşaya və onların problemləri həll ola bilər”.

O, əlavə etdi: “Bu təhlükəli düşüncənin mənası, İran İslam Respublikası tədricən öz qüdrət və təhlükəsizlik təməllərindən və bağlı olduğu İslam hökmü və İslam qaydaları çərçivəsindəki əsas məsələlərindən, habelə Fələstin, Yəmən, Bəhreyn xalqlarının müqavimətinə siyasi dəstəyindən əl çəkməli və öz mövqelərini Amerikanın istəyinə uyğunlaşdırması deməkdir”!

İslam İnqilabının Rəhbəri dedi: “Bu xüsusi baxışa görə, İran İslam Respublikası Sionist rejimə ləyaqətsizcəsinə dostluq əlini uzadan bəzi Ərəb dövlətləri kimi sionistlərlə yola getməlidirlər”.

Həzrət Ayətullah Xamenei bu təhlükəli düşüncə çərçivəsində məğlubiyyətin adım-adım davam edəcəyinə təkid edərək vurğuladı: “Əgər Amerikanın istəyi və meylinə əməl olunsa, İran İslam Respublikası öz müdafiə faktorlarına göz yummalı və daim Amerikanın müxtəlif sorğuları və eqoları qarşısında cavabdeh olmalıdır”.

O, Qərb iformasiyasının son vaxtlar İranın raket təlimləri haqqında qalmaqallı təbliğatlarına işarə edərək dedi: “Amerikalılar minlərlə kilometr uzaqda yerləşməsinə baxmayaraq bir neçə müddətdən bir Fars körfəzində birgə təlimlər həyata keçirirlər, buna rəğmən İranın öz evində və öz torpağında təlimlər keçirməsinə görə qalmaqal çıxarırlar”.

İslam İnqilabının Rəhbəri bu düşüncəni qəbul etməklə Amerikanın tamahı və onun qarşısında geri çəkilməyin bu həddə qalmayacağını təkidlə vurğulayaraq əlavə etdi: "Bu tədrici prossesin davamında təbii ki, İran İslam Respublikası İnqilab qvardiyası və Qüds gücünün nə üçün yaradılması, daxili siyasətin nədən ötürü şəriət qanunları ilə tətbiq olunması, üç qüvvəyə nə üçün İslami şəriət əsasında əməl olunması və Keşikçi şurasının şəriətə zidd olan qanunları nəyə görə təsdiqləmədiyini amerikalılara izah etməlidir.

Həzrət Ayətullah Xamenei təkidlə dedi: “Əgər Amerikanın qarşısında güzəştə getsək düşmən addım-addım irəliləyəcək, iş o yerə çatacaq ki, İran İslam Respublikası məfhumu boşa çıxacaq və yalnız, onun zahiri şəhkli qalacaq”.

O, əlavə etdi: “Bu “düşməncə təhlil və düşüncə”yə görə, əgər İran xalqı Amerikanın bəlasından qurtulmaq istəyirsə, İslam Respublikası, İslam məfhumu və öz təhlükəsizliyindən əl çəkməlidir”.

İslam İnqilabının Rəhbəri bu xüsusi təhlilin müxtəlif kateqoriyalarını izah etdikdən sonra, onun vuracağı ziyanlardan söz açdı və qeyd etdi: “Bu analizdə diqqətə alınmayan maddələrdən biri budur ki, Amerika ilə bütün razılaşmalar İranın bütün öhdəlikləri yerinə yetirməsinə məcbur qalması və Amerikanın bu razılaşmalarda əhdinə sadiq qalmaması, hiyləgərliyi və fırıldaqçılığı mənasındadır və biz bu məsələni hal-hazırda olduğu kimi müşahidə edirik və bu “əsl xəsarət”dir”.

Həzrət Ayətullah Xamenei bu məsələnin isbatında nüvə razılaşmasını bir nümunə kimi göstərdi və dedi: “Həmin razılaşmada da amerikalılar vəd etdiklərinə əməl etmədilər. Xarici işlər nazirinin dediyi kimi, razılaşmaları kağız üzərində yerinə yetirdilər, lakin əməldə müxtəlif dolaşıq yollarla müqavilənin həyata keçməsinə mane oldular”.

O əlavə etdi: “İndi nüvə anlaşması, habelə bank sövdələşmələrdində bəzi problemlər mövcuddur və İranın pulları hələ də qaytarılmamışdır, çünki Qərb və onların təsiri altında olan ölkələr amerikalılardan çəkinirlər”.

İslam İnqilabının Rəhbəri iki yanlış yol məsəsləsində diqqətə alınmayan məsələrdən biri “ Amerikanın İran xalqına qarşı kin və düşmənçiliyinin səbəbi və əsası” məsələsi olduğuna təkid etdi və dedi: “İranın bölgədə strateji möveyi”, “zəngin neft və qaz ehtiyatları”, “əhalisinin çoxluğu”, “sahib olduğu çoxlu istedadları”, “tarixi keçmişi” ni nəzərə alarsaq, İran “məntəqənin gülü”dür. Bu misilsiz ölkə on illərlə Amerikanın kontrolu və dominantlığı altında qalmışdı, lakin İran xalqı İslam İnqilabı ilə ölkəni amerikalıların bu icbari dominantlığından xilas etdilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabı sadəcə İranı amerikalıların əlindən çıxarmadı, habelə bölgə və bölgə xaricində Amerikanın dominanatlığı qarşısında müqavimət və dirəniş ruhunu artırdı”.

O, qeyd etdi: “Amerikalılar “Böyük Orta Şərqin təşkili” siyasətinin məğlubiyyətə uğraması və bölgədə işlərin sionist rejimin əlinə keçməsinin və özünün Yəmən, Suriya, İraq və Fələstindəki uğursuzluqlarının əsas səbəbkarı kimi İran İslam Respublikasını bilirlər, buna görə də, onların İran xalqı ilə düşmənçiliyi əsaslı və dərindir və bu düçmənçiliyin yalnız onların İranda öz dominantlığını bərpa etmələri ilə sona çatacağını düşünürlər”.

Həzrət Ayətullah Xamenei davamında “İngiltərə və onun ardından Amerikanın İran üzərindəki uzunmüddətli dominantlığı”nın səbəblərini bəyan etdi və dedi: “İngilislər və amerikalılar bu ölkədə səngərlər qazmışdılar və bu səngərlər vasitəsilə öz dominantlıqlarının mümkünlüyünü davam etdirirdilər, ancaq İslam İnqilabı inqilabçı gənclərin əli ilə bu səngərlər məhv etdi və İslam Respublikası və millətin mənafeyini qorumaq üçün yeni səngərlər yaratdı”.

O, əlavə etdi: “Amerikalılar indi yeni plan və diplomatik yollardan istifadə etməklə, dağılmış səngərlərini bərpa və İnqilab səngərlərini məhv etmək istəyirlər”.

İslam İnqilabının Rəhbəri dedi: -“Avtoritar və diktator Pəhləvi rejimi” Amerikanın İranda ən önəmli səngəri idi, amma İslam İnqilabı, monarxiya və şəxsi hokümranlığın kökünü qazıdı və onun yerinə daha möhkəm “xalq hökmranlığı” səngərini yaratdı”.

O, böyük güclər, xüsusilə Amerikadan qorxmağı dominantlığın digər səngəri olduğunu bildirdi və vurğuladı: “Tağut dövrünün əksinə indi İslam Respublikasında, agah və dini dəyərlərdən xəbərdar və ona bağlı heç bir fərd Amerikadan qorxmur”.

Həzrət Ayətullah Xamenei, bu gün bəzilərinin Amerikadan qorxmasının mümkün olduğuna toxunaraq əlavə etdi: “Tağutun Amerikadan qorxması məntiqli idi, çünki, Amerika qarşısında onların ardı-arxası yox idi, ancaq İslam Respublikasında Amerikadan qorxmaq məntiqsizlikdir, çünki İslam Respublikası böyük İran xalqının dəstəyinə arxalanır”.

O, Amerikanın dominantlığının digər yollarından biri onların xalqa “özünə güvənsizlik və milli kimliyinə güvənmə ruhunun yoxluğunu aşılamaq” oldğunu bildirdi və dedi: “İnqilabın qələbəsi ilə bu itaətkar səngər böyük “mən bacararam” səngərinə çevrildi”.

Həzrət Ayətullah Xamenei “din siyasətdən ayrıdır” məsələsini Amerikanın İrana qarşı digər dominantlıq səngəri olduğunu bildirdi və əlavə etdi: “İslam İnqilabı bu səngəri də məhv etdi”.

İslam İnqilabının Rəhbəri, çıxışının davamında düşmən sözünün mənasının “Amerika” olduğunu bildirdi və vurğuladı: “Amerika siyasətçiləri və bu ölkənin Maliyyə Nazirliyi bir tərəfdən xüsusi və dolaşıq yollarla sanksiyaları qüvvədə saxlayırlar və əsl düşmənçiliklə bizi sanksiyalarla təhdid edirlər, digər tərəfdən isə Ağ evdə “Həft sin” (Novruz) süfrəsi açır və “uşaq başı aldatmaq” yolu ilə Novruz təbriki çıxışında bizim gənclərimizin işsizlik məsləsinə ürək yandırırlar”!

O, qeyd etdi: “Bu ikili rəftarın səbəbi odur ki, Amerika hakimiyyəti hələ də İran xalqını tanımır və bu ağıllı xalqın öz düşmənlərinin gizli və aşkar məqsədini yaxşıca dərk etdiklərini bilmir”.

Həzrət Ayətullah Xamenei, Amerika xalqı ilə digər dünya xalqları ilə olduğu kimi heç bir porblemimizin olmadığı, yalnız bu ölkənin düşmənçilik siyasətinə qarşı olduğumuzu aydın izah etməklə, bəzi həqiqətləri bəyan etdi və bu həqiqətlər qarşısında ölkənin düzgün davrandığını açıqladı.

“Yüksək daxili inkişaf üçün mövcud olan kapitallar, təbii və insan resursları, beynəlxalq imkanlar, regionda, və habelə, bəzi hallarda dünya səthində təsir gücü” İnqilab Rəhbərinin toxunduğu ilk həqiqətlərdir.

O, “Amerikanın İran xalqı və İslam qaydaları ilə açıq-aşgar düşmənçiliyi”ni digər həqiqətlərdən biri kimi qiymətləndirdi və amerikalıların davamlı təhdidləri və İranın “Birgə fəaliyyət planı”nın nəticələrindən faydalanmasına mane olmaq üçün dayanmadan göstərdiyi səylərini, aydın nümunələrdən saydı.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikada prezident seçkilərinə bir neçə ay qalıb, namizədlər İran haqqında mənfi danışmaqla yarışa giriblər və sonrakı hökümətin “Birgə fəaliyyət planı” razılaşmasına sadiq qalıb-qalmayacağları haqqında heç bir zəmanət də verilməyib, bu halda, hələ də Amerikanın düşmənçiliyindən söz açanda ölkə içərisində bəziləri narahat olurlar”.

İnqilab Rəhbərinin toxunduğu üçüncü həqiqət “Amerikanın İran xalqı ilə düşmənçilik alətlərinin mədud olmaması”dır.

O, qeyd etdi: “Amerikalıların üç əsas və təsirli aləti var: “Təbliğat”, “nüfuz” və “sanksiya”.

İnqilab Rəhbəri sanksiya məsələsi üzərində dayanaraq qeyd etdi: “Həqiqət budur ki, düşmən elə bilir sanksiya İrana zərbə vurmaq üçün təsirlidir, əlbəttə bizim rəftarımız da bunu hiss etdirməkdə təsirlidir”.

Həzrət Ayətullah Xamenei bu haqda əlavə etdi: “Hazırda biz daxildə sanksiyanın zərərləri və vurduğu zərbələri şişirdirik, həmçinin sanksiyaların qaldırılmasının təsirlərini də şişirdirik, halbu ki, bu zəmində beç bir hadisə baş verməyib və əgər vəziyyət belə davam edərsə, heç bir hadisə də baş verməyəcək”.

İnqilab Rəhbəri sanksiya məsələsində düşmənin konsentrasiyasını isbat etdikdən sonra əsaslı bir sual ortaya qoydu: “Bu “təzyiq və düşmənçilik”lə mübarizənin düzgün yolu nədir”?

O, cavabında, yenə amerikalıların bu sual qarşısında verdikləri “təslim” ya “təzyiq və sanksiya” kimi iki yanlış çıxış yoluna işarə edərək vurğuladı: “Əlbəttə bu yolda bir-iki doğru çıxış yolu var; ya sanksiyalardan irəli gələn problemlərə dözməliyik, ya da “Müqavimət iqtisadiyyatın”a söykənməklə dirənmənli və problemləri aradan qaldırmalıyıq”.

Həzrət Ayətullah Xamenei ilin “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarının məfhumuna dayanaraq vurğuladı: “Əlbəttə dövlət Müqavimət iqtisadiyyatı qərargahı təşkil etməklə bəzi işlər görüb və ticarət balansı yaratmaq və idxalı azaltmaq kimi müsbət nəticələr əldə edilmişdir, lakin bu zəmində daha əsaslı işlər görülməlidir”.

İnqilab Rəhbəri düzgün tədbir və planların zəruriliyinə təkid edərək, Müqavimət iqtisadiyyatında əməli tədbirlər üçün on əsaslı təklif irəli sürməklə çıxışına davam etdi.

Birinci təklif, iqtisadiyyatın möhkəmlənməsi və inkişafı üçün bir çox yollar açmaqdan ötəri “iqtisadiyyatın üstün fəaliyyət və davamlılığını müəyyən etməli və buna diqqət göstərilməli”dir.

“Daxili istehsalın bərpası və fəaliyyətin başlaması” Müqavimət iqtisadiyyatının əməli tədbirləri yolunda İnqilab Rəhbərinin ikinci əsas təklifidir.

O, əlavə etdi: “Bəzi xəbərlərə görə daxili istehsal imkanlarının altmış faizi ya dayandırılıb ya da normadan aşağı fəaliyyət göstərir. Dövlət iqtisadçı ekspert və mütəxəssislərlə qarşılıqlı əlaqə yaradaraq daxili istehsalı canlandıra bilər”.

“Daxili istehsal gücünü zəiflədən xarici malların alınmasına qadağa qoymaq” və “xaricdən ölkəyə gətirililən pulların idarəsi və İranın maliyyə mənbəyi məsələsi” Həzrət Ayətullah Xameneinin icraçı məmurlara etdiyi digər iki təklifidir.

O, əlavə etdi: “Əlbəttə indiyə qədər İranın pulları amerikalılar və onların təsiri altında olan digər amillərin fitnəsi ilə ölkəyə gətirilməmişdir, ancaq, hər halda bu maiyyə qaynaqlarının israf edilməsi, lazımsız yerə xərclənməsi və hədər getməməsi üçün diqqətli olmaq lazımdır”.

Səlahiyyətlilərin əməli tədbirləri üçün İnqilab Rəhbərinin beşinci təklifi “əsas iqtisadi sektorlar yarada bilmələri”dir.

Həzrət Ayətullah Xamenei qeyd etdi: “2 min metr uzaqlıqdan bir neçə metr səhvlə hədəfi vura biləcək raketi hazırlayan iranın istedadları, mütləq neft, qaz və avtomobil, təyyarə və qatar motoru kimi digər əsas sənaye istehsalı sahəsində də yeniliklər və yaradıcılıqlar həyata keçirə bilərlər və dövlət də bu işdə onlara dəstək verməlidir”.

“Əvvəllər olduğu kimi, Neft-kimya zavodu və lokomativ kimi böyük kapitallar qoyulmuş sektorlardan faydalanma”, “xarici sövdələşmələrlə bütün texnologiyaların İran daxilinə transferi” ilə ölkə iqtisadiyyatının inkişafı və möhkəmlənməsi İnqilab Rəhbərinin altı və yeddinci təklifidir.

O, habelə “korrupsiya” ilə bağlı siyasi çəkişmələri və qəzetlərdə dərc edilənləri tənqid edərək vurğuladı: “Müqavimət iqtisadiyyatı çərçivəsində əməli tədbirlər üçün səkkizinci təklif, ölkənin iqtisadiyyatına ciddi zərbələr vuran “ korrupsiya, rüşvət, insan alveri ilə ciddi və həqiqi mübarizə”dir”.

Aydın şəkildə yüz milyardlarla qənaətə səbəb ola biləcək “Enerji məhsuldarlığının artırılması” və iş yerlərinin yaradılması və iqtisadiyyatı canlandırmaq üçün “kiçik və orta sənayeyə xüsusi diqqət və dəstək” Həzrət Ayətullah Xameneinin ilin şüarı, yəni “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” üçün icraçı qurumlara verdiyi on təklifinin sonuncularıdır.

O, əlavə etdi: “Əlbəttə bu yolda başqa işlər də görmək mümkündür, amma əgər bu on təklifə əməl olunarsa ölkədə İran iqtisadiyyatına toxunulmazlıq bağışlayan və sanksiyaların təsirini tamamilə azaldan böyük və inkişafa yöləlik inqilab hərəkatı başlayacaq”.

İnqilab Rəhbəri təkidlə dedi: “Bu məntiqli və inqilabi hərəkatın icrasında artıq heç kəs sanksiyalar qarşısında əsməyəcək və İranın, Amerikanın sanksiyaların qarşısını almaq üçün öz qayda-qanunları, dəyərləri və qırmızı xəttindən keçməsinə və güzəştə getməsinə lüzum qalmayacaq”.

Həzrət Ayətullah Xamenei xalqın, siyasi və iqtisadçı ekspertlərin dövlətə köməyi və dövlətlə əməkdaşlıqları və üç qüvvə ilə həmfikir olmalarının vacibliyini vurğulayaraq əlavə etdi: “Müqavimət iqtisadiyyatının həyata keçirilməsi istiqamətində əməli tədbirlər işığında, dövlət cari ilin sonunda neçə min zavod və fabrik, “sənaye, istehsal və kənd təsərrüfatı” sektorlarını canlandırmaqla xalqa məqsədli hesabat verə biləcəyinə və xalqın da bu icraatı hiss edəcəyinə, buna güvənəcəyi və bundan əmin olacağına ümid edirəm”.

İnqilab Rəhbəri ha belə, “inqilabi davranmaq”ı son üç onilliyin uğuru üçün əsas saydı və inqilabi güclərin, Hizbullahın qədrini bilməyin zəruriliyi məsələsinə yenidən toxunaraq qeyd etdi: “Şəhid olmuş nüvə alimlərinin nailiyyətləri, raket mövzusunda Şəhid Tehraninin, kök hüceyrələri mövzusunda Kaziminin, mədəniyyət məslələrində Şəhid Avini və mərhum Siləhşurun uğurları, inqilabi ruh və fikirlərin düyünləri neçə açdığını və uğurun neçə qazanıldığını göstərir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda mədəniyyət məslələrinin çox əhəmiyyətli olduğunu vurğuladı və dedi: “Səlahiyyətli şəxslərə yenə də təkidlə bildirirəm ki, ölkə boyu xalqın mədəniyyət sahəsində yaratdıqları dərnəklərə dəstək versinlər”.

O, əlvaə etdi: “Bu dərnəklər günbə-gün genişləndirilməlidir və mədəniyyət mərkəzləri İslam İnqilabı və onun dəyərlərini qəbul etməyənlərə qucaq açmaqdansa müsəlman uşaqlar, mömin, inqilabçı və Hisbullahçı güclərə dəstək verməlidirlər”.

İnqilab Rəhbəri ölkənin gənclərinə xitabən vurğuladı: “Ölkə”, “bu gün və sabah” sizindir, əgər inam və özünə güvənlə meydanlarda olsanız və hərəkət etsəniz, Amerika və Amerikadan böyüklər heç qələt edə bilməzlər”.

O, habelə, İmam Rza (ə) ziyarətgahının mücahid, mübariz və ixlaslı xidmətçisi, mərhum Ayətullah Vaiz Təbəsinin vəfatına işarə edərək bu inqilabçı və mübariz ruhaninin yoxluğunu dərin yara olaraq qiymətləndirdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /