Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı günü) günorta Vyetnam Respublikasının Prezidenti cənab Tranq Tan Sanq ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, mədəni, texnologiya və ticarət sahələrində əlaqələrin genişləndirilməsinə toxunaraq bildirdi: “Yadellilərin təcavüzləri qarşısında vyetnam xalqının və bu xalqın Huşi Mine və General Ciyas kimi tanınmış şəxsiyyətlərinin şücaəti və müqaviməti sizin milləti İran millətinin gözündə hörmətli və etibarlı etmişdir. Bu hörmət və həmrəylik əlaqələrin və əməkdaşlıqların genişləndirilməsinə münasib zəmin yaratmışdır”.
Ali Məqamlı Rəhbər hegemon dövlətlərin başqa ölkələrin daxili işlərinə müdaxiləsi istiqamətindəki cəhdlərinə işarə edərək dedi: “Bəzən bu müdaxilələr, Vyetnamda olduğu kimi, müharibələr yaratmaqla olur. Bəzən də başqa müxtəlif üsullarla aparılır. Bu müdaxilələrin qarşısında dayanmağın yolu isə müstəqil ölkələrin əməkdaşlığı və yaxın əlaqələr qurmasıdır”.
Ali Məqamlı Rəhbər İran İslam Respublikasının Asiya ölkələri ilə, o cümlədən, Vyetnam Respublikası ilə əməkdaşlığı bu ölkənin qəti siyasəti olduğunu bildirərək əlavə etdi: “Sizin beynəlxalq təşkilatlardakı əməkdaşlıqlarınızdan məlumatlıyıq və biz bu əqidədəyik ki, mümkün olduğu qədər bu əməkdaşlıqlar genişləndirilməlidir”.
İran İslam Respublikası Prezidenti cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Vyetnam Respublikası Prezidenti cənab Tranq Tan Sanq Ali Məqamlı Rəhbərin Vyetnam xalqı və rəhbərlərinin yadellilərin təcavüzlərinə qarşı mübarizəsini dəyərləndirdiyinə görə öz təşəkkürünü bildirərək dedi: “Vyetnam xalqı on illər ərzində xaricilərin hücumları qarşısında müqavimət göstərdi və nəhayət, öz müstəqilliyinə və azadlığına qovuşa bildi”.
Cənab Tranq Tan Sanq İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Vyetnam Respublikasının mövqeyini himayə etdiyinə görə öz minnətdarlığını bildirib dedi: “Vyetnam Respublikası da beynəlxalq təşkilatlarda İranın mövqeyini himayə edir və atom enerjisindən sülhməramlı istifadəni İranın danılmaz haqqı hesab edir. Vyetnam gələcəkdə də İranın mövqeyini himayə edəcəkdir”.
Vyetnam Respublikasının Prezidenti: Ümidvarıq ki, İranın şərq regionu üçün siyasətləri çərçivəsində Vyetnam açar şərik rolunu oynayacaqdır.
Vyetnam Respublikasının Prezidenti bütün sahələrdə əlaqələrin və əməkdaşlıqların genişləndirilməsinin zəruriliyini qeyd edərək bildirdi: “Ümidvarıq ki, İran şərq regionu üçün siyasətləri çərçivəsində Vyetnama açar şərik kimi baxacaqdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir