Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Xanım Zəhranın (s.ə) vəfatına həsr olunmuş ikinci matəm gecəsi keçirildi.
Dövlət rəsmiləri, ölkənin mülki və hərbi məsulları və cəmiyyətin müxtəlif təbəqələrindən ibarət olan minlərlə insanın iştirakı ilə təşkil olunmuş mərasimdə Höccətül-İslam vəl-muslimin cənab Pənahiyan “Vaqiə” surəsinin mübarək ayələrinə istinad edərək Qiyamət günündə 3 dəstəyə ayrılmış insanlar: sağ dəstə (əməl dəftərləri sağ əllərinə verilənlər), sol dəstə (əməl dəftərləri sol əllərinə verilənlər) və qabaqcıllardan (əməldə və xeyirdə öndə olanlar) olan üçüncü dəstənin xüsusiyyətlərindən danışdı.
O, qabaqcılların bariz nümunəsi kimi şəhidləri misal vuraraq əlavə etdi: “Şəhidlərə göstərilən ehtiram və təzim, cəmiyyətin parlaq və xoşbəxt gələcəyini təmin edir”.
Mərasim zamanı cənab Hodadiyan İslamın əzəmətli xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) çəkdiyi müsibətlərə növhə və mərsiyələr oxudu”.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimləri 1394-cü il isfənd ayının 24-ü, bazar ertəsinə (14 mart, 2016) qədər davam edəcək.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir