Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər səsvermədə iştirak etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin 10-cu və Xubriqan Məclisinin 5-ci çağırışına seçkilərin başladığı ilk dəqiqələrdə səsverməyə qatılaraq öz seçki bülletenlərini İmam Xomeyni (r.ə) adına hüseyniyəyə gətirilmiş 110 saylı səyyar seçki qutusuna atdı.

Səs verdikdən sonra qısaca çıxış edən Ali Məqamlı Rəhbər seçkilərin xalqın həm vəzifəsi, həm də hüququ olduğunu qeyd edərək dedi: “Seçki böyük, xeyirli və həmişə əhəmiyyətli bir işdir, müəyyən mərhələlərdə isə daha çox əhəmiyyət kəsb edə bilər. İslam dininin təlim və göstərişlərində də xeyir iş üçün irəli düşüb tələsmək tövsiyə olunmuşdur”.

Seçkiyə qatılmaq vəzifəsini və bu hüququnu yerinə yetirmək üçün də hər kəsin tələsməli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bundan öncə də dediyim kimi, qoy bütün İran xalqı, İranı, İslam Respublikasını, xalqın əzəmət, nüfuz və möhtəşəmliyini istəyən hər kəs səsvermədə iştirak etsin”.

Həzrət Ayətullah Xamenei əhalini seçkiyə xeyir iş görmək niyyəti, ölkənin nüfuzunun artması, tam suverenliyinin təmin olunması, milli qürurun qorunması məqsədilə qatılmağa çağıraraq dedi: “Seçkidə iştirak etməyin nəticəsi milli qürur və istiqlaldır. Bizim tamah gözünü bizə dikmiş düşmənlərimiz var, ona görə də seçkilərimiz elə olmalıdır ki, düşmənin ümidini qırıb onu məyus etsin”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Qoy insanlarımız diqqətli olub uzaqgörənlik və gözüaçıqlıqla səs versinlər. Seçkidə bu cür iştirak etmək bu dünyada yaxın və uzaq gələcəkdə əcri olmaqdan əlavə, axirət mükafatı da olan gözəl işlərdəndir”.

O dedi: “Ümidvaram, İran xalqı özündə indiyə qədər olduğu kimi, bu seçkidə də fəal iştirak etmək gücü taparaq ölkəsinin inkişaf və nüfuzuna yol açacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /