Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Avropa dövlətləri Amerika qarşısında müstəqil iradə nümayiş etdirmir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunanıstanın baş naziri cənab Aleksis Sipras ilə bu gün günortadan sonra baş tutan görüşündə İran və Yunanıstanın sivil-mədəni tarixinin parlaq olduğunu vurğulayaraq dedi: “Hazırkı səfər iki ölkə arasında üzunmüddətli əməkdaşlıq və mübadilələrin artırılması üçün bir başlanğıc ola bilər”.

Ali Məqamlı Rəhbər cənab Siprasın Avropada ziddiyyətli mənafe və yanaşmaların mövcud olduğu barədə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Amerikanın qarşısında müstəqil iradəsini sərgiləmədiyinə görə Avropaya tamamilə haqlı olaraq irad tutmaq olar. Avropa dövlətləri bu zəif cəhəti aradan qaldırmalıdır”.

Yunanıstanın baş nazirinin Suriya məsələsi ilə bağlı fikirlərinə də münasibət bildirən Həzrət Ayətullah Xamenei dedi: “Terror çox təhlükəli və yoluxucu bir xəstəlikdir, amma ona qarşı hamılıqla, ciddi şəkildə mübarizə aparsan, kontrol altına almaq mümkündür. Lakin təəssüflər olsun ki, bəziləri müstəqim və ya qeyri-müstəqim surətdə terrorçu cərəyanlara yardım edirlər”.

İran və Yunanıstan arasında müştərək məqamların, hər iki ölkənin siyasətində uyğunluğun olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Siz və kabinetiniz müstəqil siyasətə, xarakterə maliksiniz. Ümidvaram ki, ölkənizdəki iqtisadi problemlərin öhdəsindən gələ biləcəksiniz və hazırkı səfər də hər iki ölkənin mənafeyinin güclənməsi üçün zəmin yaradacaq”.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Yunanıstanın baş naziri cənab Aleksis Sipras Ali Məqamlı Rəhbərə xitabən dedi: “Siz öz müstəqilliyini və ideallarını qorumaqda həlledici rol oynamış böyük və şanlı bir xalqın rəhbərisiniz”.

Cənab Sipras bildirdi ki, onun İrana səfəri hər iki ölkənin bütün müstəvilərdə qarşılıqlı əməkdaşlığı artırmaq istiqamətində siyasi iradəsini nümayiş etdirir. O, əlavə etdi: “Hər iki ölkənin mənafeyi baxımından faydalı olacaq bu səfər ikitərəfli əməkdaşlıqlarda birləşdirici bənd olacaq”.

Avrozonada ziddiyyətli mənafe və yanaşmaların, dolaşıq problemlərin olduğunu bildirən cənab Sipras əlavə etdi: “Avropa ölkələrinin iqtisadiyyatı bir-birindən asılıdır və bunu dəyişmək çətindir. Bu vəziyyəti düzəltmək üçün Avropa birliyində güclərin tərkibi dəyişməlidir”.

Cənab Sipras Suriya məsələsinə də toxunaraq dedi: “Ümidvaram, Suriya məsələsində müsbət dəyişikliklərin şahidi olacağıq. Belə ki bu böhranın humanitar tərəfi də var: terrorçuların hücumları nəticəsində yüz minlərlə insan ev-eşiyini tərk edərək başqa ölkələrə, o cümlədən Yunanıstana mühacirət etməyə məcbur olub”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /