Ali Baş Komandan Həzrət Ayətullah Xamenei mömin və təəssübkeş hərbçi, general-mayor Səliminin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Böyük təəssüf ilə və son dərəcə təsirlənərək xəbər tutdum ki, hərbi işlərdə köhnə dostum və həmkarım general-mayor Məhəmməd Səlimi uzun sürən ağır xəstəlikdən sonra bu fani dünyaya əlvida deyərək Allaha qovuşmuşdur.
İnqilabın qələbəsinin ilk həftələrindən ordu ilə inqilab və İslam Respublikası rejimi arasında əlaqə yaradılmasında fəal iştirak etmiş, silahlı qüvvələrin məsuliyyətli kollektivinin inqilaba xidmətə cəlb edilməsinə effektiv təsir göstərmiş azsaylı insanlardan biri olan bu mömin və təəssübkeş hərbçi onillərlə Müdafiə Naziri, Ordunun Baş Komandanı, İmam Xomeyninin (r.ə) Silahlı Qüvvələrdəki Müşavirlik İdarəsinin qəyyumu, Müqəddəs Müdafiənin ilk illərində Pərakəndə Savaşlar Mərkəzinin qərargah rəisi kimi strateji hərbi vəzifələrdə dəyərli xidmətlər göstərmişdir. Bu sadiq həmkarımızın müsibəti ilə əlaqədar, onun çox hörmətli ailə üzvlərinə, yaxınlarına, silahlı qüvvələrdəki həmkarlarına başsağlığı verir, Uca Allahdan ilahi dərgahda ən ali dərəcələr diləyirəm.
Seyid Əli Xamenei
11 bəhmən 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir