İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin Komandanı general Fədəvi və korpusun Fars Körfəzi ərazisində İranın su sərhədlərini pozmuş Amerika gəmilərinin qarşısını alaraq təcavüzkar Amerika silahlılarının saxlanmasında vaxtında və şücaətlə iştirak etmiş digər 4 hərbçisinə şəxsən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei tərəfindən “Fəth” medalı ilə təltif olunmaq şərəfi nəsib olmuşdur.
Ali Baş Komandan həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının xahişinə əsasən, sözügedən əməliyyatla bu və ya digər şəkildə əlaqəli olan digər zabit və hərbçilərin də hərbi rütbə və dərəcələrinin yüksəldilməsinə razılıq vermişdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir