Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu hadisə Allahın işidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin İran İslam Respublikasının su sərhədlərini pozmuş Amerika hərbçilərinə qarşı dərhal şücaətlə hərəkətə keçərək təcavüzkarları tutub saxlamış gənc hərbi qulluqçuları ilə yaxından görüşüb hal-əhval tutdu.

 

Baş vermiş insidentlə bağlı qısaca fikir bildirən Ali Baş Komandan İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin bu əməliyyatını iman və şücaətlə atılmış, təqdirəlayiq bir addım kimi qiymətləndirərək dedi: “Siz çox yüksək səviyyədə, vaxtında və çox maraqlı bir addım atmısınız. Bu hadisəni, əslində, Allahın işi hesab etmək lazımdır: amerikalıları bizim sularımıza çəkib gətirən, sizin vaxtında tədbir görməyiniz nəticəsində o cür əlləri başlarının arxasına qoyulmuş vəziyyətdə saxladan Allah idi”.

 

Görüş zamanı Ali Məqamlı Rəhbərin imaməti ilə zöhr və əsr namazları da qılındı.

 

 

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /