Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına etdiyi müraciətdə qeyd edir ki, düşmən cəbhəsinin müsəlman İranına qarşı tətbiq etdiyi məkrli planları neytrallaşdırmağın yeganə yolu bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmlə, ardıcıl şəkildə çalışmasıdır.

Həmin müraciət bu gün (cümə günü) alyansın İtaliyanın Milan şəhərində baş tutan 50-ci illik qurultayında vəli-fəqihin Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavadejeyi tərəfindən oxundu.

Müraicətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əziz gənclər,

Artıq alyansınızın 50 illiyini qeyd edirsiniz; İslamın doğru yola istiqamətləndirən təlimlərini, imandan doğan şövq və saflığı gənclərə və tələbələrə xas xoş xislətlərlə çulğaşdıran bu mübarək qurum elmli, ağıllı, pərhizkar və gözüaçıq insanlar yetişdirə bilər.

Çalışın ki, özünüz də, alyansınız da bu ali və xoşbəxtlik gətirən hədəflərə mümkün qədər daha çox köklənə, uyğunlaşasınız.

Qarşısında duran uzun yolu qət etmək üçün ölkənizin və xalqınızın belə insanlara ehtiyacı var. Sizin, eləcə də harada olmalarından asılı olmayaraq, bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmi və ardıcıl çalışmaları düşmən cəbhəsinin vüqarlı müsəlman İranı əleyhinə cürbəcür vasitələrin köməyi ilə işlətdiyi müxtəlif məkrli planların neytrallaşdırılmasının yeganə yoludur. Ümid dolu qəlbinizi, maddi-mənəvi güc və imkanlarınızı daim hazır vəziyyətdə saxlayın, elm və hikmət sahibi olan Allah-taalaya təvəkkül edərək irəli gedin. Allah köməyiniz olsun və sizi qorusun!

Seyid Əli Xamenei
28 dey 1394


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /