İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Uzun illər boyu Nişabur rayonunun imam-cüməsi postunda xalqa dəyərli xidmətlər göstərmiş pərhizkar alim Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar olaraq, rayonun mömin və inqilabçı əhalisinə, xüsusilə də mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına, dostlarına və yaxınlarına başsağlığı verir, Allahdan ona rəhmət və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
22 dey 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir