Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şeyx Nimrin şəhadəti, onun qanının nahaq yerə axıdılması Səudiyyə dövlətinin siyasi səhvidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun bu gün səhər baş tutan növbəti toplantısında Səudiyyə Ərəbistanı hökumətinin böyük bir cinayət işləyərək məzlum və mömin ruhani alim Şeyx Nimr Baqirün-Nimri şəhid etməsini kəskin şəkildə qınadı. O, dünya ictimaiyyətinin Səudiyyə hökumətinin bu cinayəti, eləcə də Yəmən və Bəhreyndə törətdiyi digər cinayətlərə qarşı məsuliyyət hiss etməli olduğunu vurğulayaraq dedi: “Şübhəsiz, bu məzlum şəhidin nahaq axıdılmış qanı tez bir zamanda öz təsirini göstərəcək və Allah-taala Səudiyyə hökumətinin siyasilərindən bunun intiqamını alacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu məzlum alim nə xalqı silahlı hərəkata təşviq edir, nə də hər hansı bir gizli plan qururdu. O yalnız dini qeyrət və təəssübündən çıxış edərək açıq-aşkar tənqid edir, “əmr be məruf və nəhy əz münkər”i yerinə yetirirdi”.

“Şeyx Nimrin şəhadəti, onun qanının nahaq yerə axıdılması Səudiyyə dövlətinin siyasi səhvidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Allah-taala günahsız qanlardan keçməyəcək və nahaq axıdılmış bu qan çox tezliklə Səudiyyə rejiminin siyasilərini və hakim dairələrini tutacaq”.

Ali Məqamlı Rəhbər azadlıq, demokratiya və insan haqları iddiaçılarının bu cinayət qarşısında susmasını, onların yalnız tənqid və etiraz ucbatından nahaq qan axıdan Səudiyyə rejimini dəstəkləməsini kəskin surətdə tənqid edərək dedi: “Müsəlman aləmi, eləcə də bütün dünya bu olay qarşısında məsuliyyət hiss etməlidir”.

Həzrət Ayətullah Xamenei Səudiyyə rejiminin digər cinayətləri sırasında Bəhreyn əhalisinin Səudiyyə hərbçiləri tərəfindən işgəncə və əzab-əziyyətə məruz qalmasını, məscid və ev-eşiklərinin dağıdılmasını, eləcə də Yəmən əhalisinin 10 aydan çoxdur ki bombardman edilməsini qeyd edərək aşağıdakıları vurğuladı: “Bəşəriyyətin, insan haqları və ədalətin müqəddəratı ilə həqiqətən də maraqlananlar bu olaylara etinasız yanaşmamalı, bu barədə tədbir görməlidirlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Sözsüz ki, şəhid Şeyx Nimr Allahın rəhmət və fəzlinə layiq görüləcək və heç şübhəsiz, Tanrının intiqam əli onun canına qıymış zalımların yaxasından yapışacaq. Bizim üçün təsəlli budur”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /