Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

O demək deyil ki, yaxşı şair savadlı teoloq ola bilməz

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Dini Məzmunlu Şeir Konfransının təşkilat komitəsinin üzvləri ilə 13 mehr 1394-cü ildə baş tutmuş görüşü zamanı səsləndirdiyi fikirlərin yazıya alınmış mətni bu gün (bazar ertəsi) günortadan sonra konfransın keçirildiyi Tehran “Eyvan-e şəms” salonunda oxundu.

Həmin görüş zamanı Ali Məqamlı Rəhbər teoloji mərkəzlərdə, habelə bəzi böyük şiə alim və fəqihlərinin nəzərində poeziyanın tarixi keçmişinə və əhəmiyyətinə toxunaraq demişdi: “Şeirə ciddi diqqət ayırmaq, yaxşı şair olmaq dəyərli ruhani və savadlı teoloq olmaqla heç bir ziddiyyət təşkil etmir”.

Ali Məqamlı Rəhbər bildirmişdi ki, teoloji mərkəzlərin gərgin elmi atmosferində şeirin rayihəsinin hiss olunması onlara bir növ istirahət, yeni nəfəs gətirə bilər. O, əlavə etmişdi: “Bu gün teoloji mərkəzlərdə yaxşı və istedadlı poeziya nümayəndələri var. Dini mövzuda yazan şairlərin düşüncəsi İslam məfkurəsinə, düzgün dini mənbələrə əsaslandığı üçün onların qələm məhsulu olan şeirlər də çox faydalı ola bilər”.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /