Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər fiqh mövzusunda xüsusi mühazirə kursunun toplantısında Ərbəin yürüşü ilə bağlı dəyərli fikirlər səsləndirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun bu gün (bazar ertəsi) səhər keçirilən toplantısında misilsiz bir təzahür, möhtəşəm və dolğun mənalı bir hərəkat olan Ərbəin yürüşünün həmişəyaşar savab olduğunu bildirərək dedi: “Eşq və imanın, ağıl və emosiyaların vəhdəti Əhli-Beyt (ə) məktəbinin özünəməxsus cəhətlərindəndir. Dünyanın müxtəlif ölkələrindən olan insanların eşq və imanla bu misilsiz təzahürə qatılması, heç şübhəsiz, Allahın nişanələrindəndir”.

İraq əhalisinin Ərbəin zəvvarlarını böyük sevgi və qonaqpərvərliklə qəbul etdiyinə toxunan Həzrət Ayətullah Xamenei özündə bu dolğun mənalı hərəkatda iştirak etmək üçün mənəvi güc tapmış insanlara bu fürsəti qənimət bilib dəyərləndirməyi tövsiyə edərək dedi: “Mən də uzaqdan Ərbəin zəvvarlarına qibtə edir, sizinlə birlikdə ola bilməyi arzulayıram”.

“Peyğəmbər (s) ailəsi ilə mənəvi-emosional əlaqə qurmaq, bu nurlu, müqəddəs və dahi şəxsiyyətləri ziyarət etmək fürsəti İslam firqələri arasında şiə məfkurəsinin üstün cəhətlərindəndir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran və dünyanın digər ölkələrindən insanların Ərbəin yürüşündə iştirak etmək üçün möhtəşəm bir şəkildə ora axışması Əhli-Beyt (ə) məktəbinin qabarıq xüsusiyyətlərinə bir nümunədir. Burada həm iman, həm qəlbən etiqad və dürüst, səmimi inanc, həm də eşq və məhəbbət dalğalanır”.

Ali Məqamlı Rəhbər həmçinin Ərbəin zəvvarlarına qayda-qanun və intizama riayət etməyi də tövsiyə edərək dedi: “Dövlət ölkədən çıxışla bağlı müəyyən qaydalar tətbiq edib. Onlara mütləq riayət etmək lazımdır və qayda-qanundan kənar davranışlar arzuolunmazdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /