Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yaxşı idarəçilik və kadr potensialı möcüzələr yaradır

Silahlı Qüvvələrin Ali Baş Komandanı  Həzrət Ayətullah Xamenei Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və zabit heyəti ilə bu gün (bazar günü) baş tutan görüşündə dənizin əhəmiyyətinə, Ordunun Dəniz Qüvvələrinin dəniz sularının üstünlüklərindən və   yaratdığı fürsətlərdən bəhrələnməkdə əldə etdiyi böyük nailiyyətlərə toxundu. Ordunun Dəniz Qüvvələrinin nailiyyətlərini və intensiv quruculuğunu davam etdirmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Mübarizlik, möhkəm əzm, Allaha təvəkkül və gələcəyə ümid, eyni zamanda bütün bunlarla yanaşı, düzgün yanaşma və idarəetmə ilə işləyən əməlisaleh və çevik insan potensialı müsəlman İranını özünün şəninə layiq, uca və tarixi mövqeyə yetişdirə biləcək ən faydalı elementlərdir”.

Dəniz Qüvvələrinin yaranmasının ildönümü ilə əlaqədar baş tutan görüşdə Ali Baş Komandan bu qüvvələrin son illər ərzində maddi və mənəvi uğurlar qazandığını qeyd edərək dedi: “İslam İnqilabının qələbəsindən əvvəl dəniz sularının böyük və çox həssas əhəmiyyət kəsb etdiyinə diqqət yetirilmirdi, bu gün isə donanmamız bir çox nailiyyətlər əldə edib. Lakin əlbəttə ki, arzulanan səviyyəyə çatmağımıza hələ var”.

“Dəniz suları düşmənlərlə qüdrətlə qarşı-qarşıya gəlmək, eyni zamanda effektiv fəaliyyət göstərib dostlarla əməkdaşlıq etmək üçün münasib bir arenadır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dənizin faydaları sırasına Azad sulara, dəniz yolu ilə dünyanın dörd bir yanına çıxış əldə edilməsi, dəniz suları müstəvisində ölkənin  müdafiəsini təmin olunması da daxildir. Xalq və rəsmilər buna diqqət yetirməlidir”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /