Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər tələbələrin izdihamlı iştirakı ilə keçən Ərbəin mərasimində iştirak etdi

Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun vəfalı silahdaşlarının şəhadətinin qırxıncı günü ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivləri İmam Xomeyni (r.ə) adına hüseyniyənin qonağı oldu.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Pənahiyan bildirdi ki, möminlər arasında ələnmələrin baş verməsi, onların sırasından münafiqlərin təmizlənməsi və əsl, vəfalı möminlərin doğru yola davam etməsi İmam Mehdi Sahibəz-zamanın (ə.f) zühurunun mütləq müqəddimələrindən biridir. O dedi: “İmanlı cəmiyyətdə insanlar özlərini daxildən islah etməyə çalışmalıdırlar ki, zühur öncəsi baş verən və qəlblərdə gizlənənləri aşkara çıxaran ələmədə yararsız çıxanlardan olmasınlar”.

İmamların rəhbərlik və hakimiyyətini qəbul etməyin ən mühüm və çətin sınaq olduğunu deyən cənab Pənahiyan əlavə etdi: “Kərbəlanın işi insanların daxilində gizlənən sirlərlədir. Ərbəin xeyir xislətli insanların cəzb və islah olunması üçün edilən bir ilahi rəhmət çağırışıdır. İmperializm sisteminin və onun yerlərdəki ünsürlərinin on milyonluq, möhtəşəm Ərbəin yürüşünə kin və nifrətlə yanaşmasının səbəbi də elə ərbəinin insanların xilasında əzəmətli və güclü rola malik olmasıdır”.

Mərasim əsnasında Əhli-Beyt (ə) məddahı cənab Mehdi Sələhşur da Peyğəmbər (s) ailəsinin müsibətlərini xatırlayaraq növhə və mərsiyələr oxudu.

Mərasimin sonunda tələbələr İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamlığı ilə zöhr və əsr namazlarını qıldılar.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /