Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Venesuela Respublikasının prezidentilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Nikolas Maduro ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə Venesuelanın imperializmin siyasətləri qarşısında müqavimətini və ilhamverici davranışlarını yüksək dəyərləndirdiyini bildirərək dedi: “Bu gün imperializmin siyasətləri böyük bir bəla kimi bəşəriyyətin boğazından yapışıb. Suveren ölkələrin inkişaf və qalibiyyətinin yeganə yolu bu iradə savaşında müqavimət göstərmək və xalq kütləsinə arxalanmaqdır”

Amerikanın Latın Amerikası regionunda tamahkar siyasət yürütdüyünü bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Amerika bu regionu özünün arxa baxçası hesab edirdi, amma Venesuelanın əvəzsiz davranışları buranı öz kimlik və heysiyyəti olan, müstəqil bir regiona çevirə bildi”.

“Amerikanın Venesuelaya təzyiq göstərməkdə məqsədi Venesuela dövləti və xalqının ilhamverici müqavimətini məhv etməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün dünyada gedən müharibələr, əslində, iradə savaşıdır və siz möhkəm iradə ilə müqavimət göstərib, ölkənizin geniş imkanlarından istifadə edərək çətinlikləri üstələyə biləcəksiniz”.

İslam İnqilabının xaricdən asılı Pəhləvi diktaturasını devirməkdə uğurlu bir təcrübə olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “İmam Xomeyni (r.ə) yalın əllə, amma xalq kütlələrinə arxalanıb onları meydana çəkib gətirməklə Amerika və Avropanın himayə etdiyi hökuməti devirməyə müvəffəq oldu. Müstəqil dövlətlərin qələbə çalıb öz uğurunu davam etdirməsinin yolu da bu modeldən istifadə etməkdir”.

O, düşmənlərin genişmiqyaslı təzyiq və sanksiyalarına baxmayaraq, İran İslam Respublikasının diqqətəlayiqelmi-texnoloji nailiyyətlər əldə etməsini dəyərli bir təcrübə adlandıraraq dedi: “Bu təcrübə xalqın iştirakına və əməkdaşlığına söykənməklə əldə olunub. Problemlərin həllinin açarı da xalqa sədaqətlə xidmət etməklə onların sevgi və səmimi münasibətini qazanmaqdadır”.

Həzrət Ayətullah Xamenei həmçinin İran və Venesuela arasında ikitərəfli əməkdaşlıqların səviyyəsini artırmaq lazım olduğunu vurğulayaraq dedi: “İran Venesuelanın tərəqqi və uğurunu öz tərəqqi və uğuru hesab edir”.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Venesuela prezidenti cənab Nikolas Maduro Ali Məqamlı Rəhbərlə bir daha görüşməsindən məmnunluğunu ifadə edərək İranın tarixi kimliyə malik bir dövlət olduğunu bildirdi. O dedi: “İran və Venesuela aralarında dayanıqlı əlaqələr olan həqiqi dostlardır”.

Venesuelanın mərhum prezidenti Hüqo Çavezin İrana və Ali Məqamlı Rəhbərə böyük sevgi və ehtiramla yanaşdığını deyən cənab Maduro əlavə etdi: “Sizinlə olan görüşlərimizdən mən də çox şey öyrənmişəm. Sizin fikir və tövsiyələrinizin mənə təsiri böyük olub”.

Milli istiqlalı mübarizliklə müdafiə etmək lazım olduğunu vurğulayan cənab Maduro dedi: “İmperialistlər dünyada iğtişaş və hərc-mərclik yaratmaqla, ölkələrin kimliyini alçaltmaqla xalqların müstəqilliyini yox etməyə çalışır”.

Cənab Maduro Venesuela dövləti və xalqının Amerikanın məkrli planlarına qarşı mübarizəyə hazır olduğunu bildirərək dedi: “Cənabınızın da qeyd etdiyi kimi, iradələr savaşında xalqa arxalanaraq düşmənləri məğlub etməliyik”.

Qaz ixrac edən ölkələrin Tehran toplantısının əhəmiyyətinə toxunan Cənab Maduro OPEK-in əhəmiyyətini bir daha dəyərləndirmək lazım olduğunu da qeyd edərək dedi: “İkitərəfli əməkdaşlıqların artırılması və müştərək layihələrin reallaşdırılması üçün yeni planlar qurmalı və əlaqələrimizi indiyə qədər olduğu kimi, bundan sonra da ən yüksək səviyyədə qoruyub inişaf etdirməliyik”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /