Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Şame-qəriban gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi

Şame-qəriban gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Rəfii qeyd etdi ki, dini qorumaq, ona sahib çıxmaqda passivlik göstərməmək Həzrət Seyyidüş-şühədanın (ə) tarixi əhəmiyyətli qiyamının əsas mesajıdır. O dedi: “Qurani-Kərim iki başlıca prinsip – 1. dini bərqərar etmək, 2. konflikt və ixtilafdan çəkinmək prinsipləri üzərində təkidlə durur. Mötəbər hədis və rəvayətlərə əsasən, bu iki prinsipin təmin edilməsi cəmiyyətin Əhli-Beytin (ə) hakimiyyət və rəhbərliyinə tabe olmasından asılıdır”.

“Dini bərqərar edib qorumaq hər kəsin üzərinə düşən ümumi bir vəzifədir” – deyən cənab Rəfii əlavə etdi: “İslam cəmiyyətinin üzvü olan hər bir fərd şəriətin göstərişlərinə əməl edib dini təlimləri öz yaşamında əks etdirməklə Allahın dininə yardım etmək və bu dini qorumaq işində öhdəsinə düşən vəzifəni yerinə yetirməlidir”.

Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab Seyid Məhəmməd Musəvi və cənab Məhəmmədrza Taheri Həzrət Seyyidüş-şühədanın (ə) müsibətinə növhə və mərsiyələr oxudular.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /