Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş 5-ci matəm gecəsində iştirak etdi

Bu gecə (bazar günü) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə Hüseyn (ə) aşiqinin iştirakı ilə o həzrətə həsr olunan 5-ci matəm mərasimi təşkil olundu.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəmi bildirdi ki, zilləti qəbul etməmək İmam Hüseynin (ə) şücaət və qəhrəmanlığının əsas elementidir. O vurğuladı: “İslam İnqilabının dəyərlərinin qorunub saxlanması üçün zilləti qəbul etməmək psixologiyasının cəmiyyətdə bir diskurs kimi oturuşmasına nail olmaq lazımdır”.

Natiq həmçinin qeyd etdi ki, Yəzidə beyətə boyun əyməyib dinin qüdrətini nümayiş etdirmələri Aşura qəhrəmanlarının zilləti qəbul etmədiyinə daha bir nümunədir. “Nə qədər ki Aşura, Kərbəla yolundayıq, zillət üzü görməyəcəyik!” – deyən cənab Xatəmi əlavə etdi: “İran xalqı Həzrət İmam Hüseynin (ə) tarixi şüarı olan “Zillət bizdən uzaqdır!” şüarını əməldə həyata keçirərək bütün dünyaya nümayiş etdirmişdir”.

Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab Mürtəza Taheri və Səid Həddadiyan növhə və mərsiyələr oxudular.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /