Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər tasua axşamı təşkil olunan matəm mərasimində iştirak etdi

Tasua axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Pənahiyan İslam tarixində dinə arzuolunmaz təsir göstərmiş mənfi ünsürlərə, onların təsiri altına düşmüş şəxslərə, habelə belələri tərəfindən İslam cəmiyyətinə vurulmuş ağır zərbələrə misallar gətirərək dedi: “Konflikt və ikitirəliyin yaranması da düşmənin nüfuz etməsi üçün münasib zəmin yaradan amillərdir. Bunun qarşısını almaq üçün düşmənə və onun İslam cəmiyyətinə nüfuz etmək üçün işlətdiyi metodlara bələd olmaq, həmçinin düşmənin təsiri altına asanlıqla düşən ünsürlərin mühüm qərarların işlənib hazırlandığı və qəbul edildiyi strukturlarda təmsil olunmasının qarşısını almaq lazımdır”.

“Dini hakimiyyəti dəstəkləməmək düşmənin təsir və nüfuzu altına düşənlərin əsas göstəricisidir” – deyən cənab Pənahiyan əlavə etdi: “Daxili iqtidara inanmaq və bu iqtidarın amillərini gücləndirmək düşmənin ölkəyə nüfuz etməsinin qarşısını alır. Rəsmilər də fəaliyyət proqramlarını və işlərini elə qurmalıdırlar ki, düşmənin bütün ümidləri qırılsın”.

Mərasimdə Əhli-Beyt (ə) məddahları cənab Səmavati və Mütii də Həzrət Seyyidüş-şühəda Hüseynin (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) müsibətlərini xatırlayaraq mərsiyə və növhələr oxudular.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /