İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimi keçirildi.
İctimaiyyətin müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə keçən mərasimdə Höccətül-İslam vəl-muslimin Sədiqi tarixin axarına təsir etmiş bir hadisə olan Aşura qiyamının özəlliklərindən və hədəflərindən danışaraq bildirdi ki, fədakarlıq, ümumi mənafe naminə hər şeyindən keçmək bu qəhrəmanlıq salnaməsini yazmış insanların başlıca xüsusiyyətidir. O dedi: “Fədakarlığın bayraqdarı olan Həzrət İmam Hüseynin (ə) hərəkatı Həzrət Peyğəmbərin (s) hərəkatının davamı idi”.
Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab İnsani və Mənsur Ərəzi Həzrət Hüseynin (ə) müsibətini yada salaraq mərsiyələr oxudular.
Xatırladaq ki, Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunan matəm mərasimləri 3-ü aban, bazar gününə qədər (məhərrəm ayının 12-si) davam edəcək.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir