Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi elan yaydı

Ali Rəhbərlik Məqamı Baş İdarəsinin bəzi rəsmilərinin “Birgə Müştərək Tədbirlər Proqramının icrasında İran İslam Respublikası dövlətinin müvafiq və qarşılıqlı fəaliyyəti” layihəsinin ratifikasiyası prosesinə birbaşa təsir göstərdikləri barədə yayılmış yanlış və reallığa zidd məlumatların ardınca Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi analoji informasiyaları təkzib edən elannamə ilə çıxış etmişdir. Elannamədə bu kimi məlumatların reallığa zidd və əsassız olduğu bildirilir, həmçinin deyilir: “Ali Rəhbərlik Məqamı Birgə Müştərək Tədbirlər Proqramının ratifikasiya olunaraq hüquqi status qazanmasının əhəmiyyətini bir neçə dəfə vurğulamışdır. Ali Rəhbərlik Məqamı Baş İdarəsinin 10 şəhrivər 1394-ü ildə yaydığı son elannamədə də bildirilmişdir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin sözügedən mövzu ilə bağlı mövqeyi onun son aylar ərzində etdiyi çıxışlarda açıq, şəffaf və dəqiq surətdə öz əksini tapmışdır və hər kəs üçün əlçatandır”.

Odur ki Ali Rəhbərlik Məqamı Baş İdarəsinin bəzi rəsmilərinin “Birgə Müştərək Tədbirlər Proqramının icrasında İran İslam Respublikası dövlətinin müvafiq və qarşılıqlı fəaliyyəti” layihəsinin ratifikasiyası prosesinə birbaşa təsir göstərdikləri barədə yayılmış hər cür yanlış və çaşdırıcı informasiyalar reallığa zidd və əsassızdır. KİV, media və xəbər portalları Ali Rəhbərlik Məqamı Baş İdarəsi ilə bağlı istənilən informasiyanı yayarkən diqqət və ehtiyatla davranmalıdırlar”.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /