İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei general Hüseyn Həmədaninin şəhadəti ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Vüqarlı general, şəhid Hüseyn Həmədaninin vəfatı ilə əlaqədar olaraq, dəyərli ailə üzvlərinə, qohum-əqrəbasına, dostlarına, döyüş yoldaşlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun bütün şanlı heyətinə başsağlığı verir, onları bu şəhadət münasibətilə təbrik edirəm. Bu köhnə, səmimi və çalışqan döyüşçü özünün saf və ibadətkar gəncliyini şərəfli və nəcib cəbhələrdə, müsəlman məmləkəti olan vətənini, İslam Respublikasının dövlətçiliyini qoruyaraq keçirmişdi, bərəkətli ömrünün, nurlu şəxsiyyətinin son günlərini də Əhli-Beytin (ə) müqəddəs məqbərələrinin müdafiəsinə, İslama zidd təkfirçi banditlərinə qarşı mübarizəyə həsr etdi və elə həmin qürurverici cəbhədə də öz arzusuna – Allah yolunda cihad edərkən can vermək, Allah naminə həlak olmaq səadətinə nail oldu. Allahın rəhmət və lütfü ona nuş olsun!
Müsəlman İranında, Keşikçi Korpusda və İslam Respublikası Silahlı Qüvvələrinin bütün birləşmələrində Tanrının bu bəxşişinə layiq görülmək istəyənlərin, əzmlə cihad və şəhadət yoluna qədəm qoyanların sıraları həddən artıq uzun, bir toplum kimi gücü möhkəm və sarsılmazdır:
و منهم من ینتظر و ما بدّلوا تبدیلا
“Kimisi də şəhid olmasını gözləyir və onlar əhdlərini əsla dəyişməyiblər”.
Şəhid Həmədaniyə və Haqq yolunun bütün mücahidlərinə Allah Rəhmət etsin!
Seyid Əli Xamenei
18 mehr 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir