Bu gün (bazar günü) günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü və iştirakı ilə, Mina faciəsində məzlumcasına vəfat etmiş insanların xatirəsinə anım mərasimi keçirildi.
Ali Məqamlı Rəhbərin, faciədə həlak olmuş insanların ailə üzvlərindən bir qrupunun, hakimiyyətin 3 qolunun rəsmilərinin, din alimləri və ruhanilərin, görkəmli simaların, ordu və hökumət rəsmilərinin, habelə ictimaiyyətin müxtəlif təbəqlərindən olan minlərlə insanın iştirakı ilə baş tutan mərasim zamanı qarelər Qurani-Kərimdən ayələr tilavət etdilər, ardınca Əhli-Beyt (ə) məddahları Həzrət Seyyidüş-şühədaya (ə) və Mina faciəsində həlak olmuş məzlum insanlara mərsiyələr oxudular.
Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Sədiqi Mina faciəsinin vicdanları ağrıtdığını, qəlbləri yaraladığını bildirərək dedi: “Səudiyyə hökuməti ən pak insanların qanına bais olub”.
Eyni vaxtda Ali Məqamlı Rəhbərin təşəbbüsü ilə Qum şəhərindəki müqəddəs Həzrət Məsumə (s.ə) hərəminin İmam Xomeyni (r.ə) adına salonunda, eləcə də ölkənin müxtəlif bölgələrindəki ostan mərkəzlərində də Mina faciəsinin qurbanlarının xatirəsinə həsr olunan anım mərasiməri keçirilmişdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir