Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Mina faciəsində ölənlərin şəhid məzarlıqlarında dəfn olunmasına razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Şəhidinin xahişinə cavab olaraq, Mina faciəsində vəfat etmiş insanların şəhid məzarlıqlarında dəfn olunmasına razılıq vermişdir.

Vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Şəhidi Məhəllati Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək vəli-fəqihin nümayəndəsi, iranlı zəvvarların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əskər, habelə Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Əvhədinin Mina faciəsində vəfat etmiş insanların qəlbidağlı ailələrinə təskinlik olması üçün həmin insanların şəhid məzarlıqlarında dəfn edilməsini ondan xahiş etdiklərini çatdırmış, rəhbərlik etdiyi qurumun bunu qəbul etməyə hazır olduğunu ifadə etmiş və Ali Məqamlı Rəhbərdən sözügedən təklifə münasibət bildirməsini istəmişdir.

Ali Məqamlı Rəhbər məktubun sonuna aşağıdakı dərkənarı yazmışdır: “Bu əziz vətəndaşlarımızın şəhid məzarlıqlarında dəfn edilməsi layiqli bir addımdır”.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /