Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər fiqh mövzusunda xüsusi mühazirə kursunun ilk günü çıxış etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun ilk günü – yəni bu gün (bazar günü) səhər etdiyi çıxışda Minada baş vermiş böyük faciəyə toxunaraq aşağıdakıları vurğuladı: “Bu hadisə ilə bağlı İslam dünyasını düşündürən bir çox suallar var. Ərəbistan hökuməti günahı boynundan atmaq əvəzinə, İslam ümmətindən və bu faciə ilə qəlbinə dağ çəkilmiş ailələrdən üzr istəyərək bu ağır hadisəyə görə məsuliyyət daşıdığını qəbul etməli və tələb olunan şəkildə davranmalıdır”.

Minada baş vermiş acı olayla Qurban bayramının İslam ümməti üçün yasa çevrildiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu kədərdən bir an belə olsun qurtulmaq olmur. Bu dərd son bir neçə gün ərzində bizim hamımızın və bütün müsəlmanların qəlbinə ağırlıq çökdürüb”.

Ali Məqamlı Rəhbər Ərəbistan hökumətinin günahı öz üzərindən ataraq bu faciəyə görə məsuliyyəti qəbul etməkdən boyun qaçırmasını heç bir faydası olmayan, yanlış bir addım kimi qiymətləndirərək dedi: “İslam dünyasını düşündürən bir çox suallar var. Bu faciədə mindən artıq insanın həyatını itirməsi xırda bir məsələ olmadığı üçün İslam dünyası bununla bağlı bir tədbir görməlidir”.

O həmçinin vurğuladı: “Bu olay unudulmayacaq və xalqlar onu ciddi surətdə izləyəcəklər. Səudiyyə hökuməti də günahı boynundan atıb onu-bunu ittiham etmək əvəzinə, baş vermiş faciəyə görə məsuliyyət daşıdığını qəbul etməli, İslam ümmətindən və qəlbidağlı ailələrdən üzr istəməlidir”.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /