Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinat haqda sərəncam imzaladı

Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei  Keşikçi Korpusun üzvü, briqada generalı Qulamrza Cəlalinin ölkənin Passiv Müdafiə Təşkilatının sədri təyin olunması haqda sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Keşikçi briqada generalı Qulamrza Cəlali,

Bu günə qədər silahlı qüvvələrin sıralarında layiqli xidmətinizi, məsuliyyətli və səriştəli kadr olmanızı, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təklifini nəzərə alaraq  Sizi ölkənin Passiv Müdafiə Təşkilatının sədri təyin edirəm.

Passiv müdafiə sahəsində bəsic qüvvələri vasitəsilə effektiv tədbirlər həyata keçirilməli, ölkənin toxunulmazlığının, düşmən qarşısında müdafiədə lazımi hazırlıq səviyyəsinin təmin olunduğundan tam arxayınlıq əldə edilməlidir.

Ümidvaram, hakimiyyətin 3 qolunun rəsmiləri, özəlliklə də hökumət kabinetinin möhtərəm üzvləri Sizə lazımi dəstəyi göstərəcək.

Uca Yaradandan Sizə və bütün həmkarlarınıza uğurlar diləyirəm.

Seyid Əli Xamenei
24 şəhrivər 1394






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /