Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı elanda deyilir: “Ali Məqamlı Rəhbərin nüvə danışıqlarının yekunlaşmasına münasibəti ilə bağlı mediada və virtual məkanda əksini tapan bəzi fikirlər nəzərə alınaraq bildirilir ki, Ali Məqamlı Rəhbərin sözügedən mövzuya yanaşması onun son aylar ərzində etdiyi çıxışlarda açıq, şəffaf, fərqli yozumlara yer qalmayacaq bir şəkildə elan edilmişdir, hər kəs üçün əlçatandır və bu çərçivədən kənar Ali Məqamlı Rəhbərin adından irəli sürülən istənilən fikir mötəbər sayılmamalıdır”.
Elanın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi mediada və internet portallarında Ali Məqamlı Rəhbərin nüvə danışıqlarının yekunlaşması ilə bağlı rəy və görüşləri barədə yer alan bəzi fikirləri nəzərə alaraq rəsmi surətdə elan edir: Ali Məqamlı Rəhbərin sözügedən mövzu ilə bağlı fikirləri onun son aylar ərzində, xüsusilə də 20 fərvərdin günü, İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın tələbələri, mübarək ramazan ayında hökumət rəsmiləri ilə keçirdiyi görüşlər zamanı, habelə mübarək Fitr bayramında etdiyi çıxışlarda açıq, şəffaf, fərqli yozumlara yer qalmayacaq şəkildə əksini tapmışdır və hər kəs üçün əlçatandır. Bu çərçivədən kənar Ali Məqamlı Rəhbərin adından irəli sürülən istənilən fikir mötəbər sayılmamalıdır.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi
10 şəhrivər 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir