Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın rəsmilərə etimadı önəmli bir əmanətdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə bu qərargahın ölkənin müdafiəsində daşıdığı əhəmiyyətli funksiyaya və öhdəsinə düşən vəzifələrə toxunaraq aşağıdakıları vurğuladı: “Növbənöv təhlükələrə qarşı mübarizə üçün hazırlığınızı və seçim variantlarınızı daim inkişaf etdirin”.

Hava Hücumundan Müdafiə Qərargahının təsis olunmasının ildönümü münasibətilə keçirilən bu görüşdə Ali Baş Komandan qərargahın komandanlarına və burada xidmət edən şəxsi heyətə səylərinə görə təşəkkürünü bildirərək dedi: “Müdafiənin olduqca həssas, önəmli və narahatlıq dolu bir missiya olması belə bir reallıqdan xəbər verir ki, siz təhlükə yarana biləcək məqamları və düşmənin bütün mümkün qərarlarını əvvəlcədən müəyyən edib, onların hamısının dəf edilməsi üçün konkret plan və çıxış yoluna malik olmalısınız”.

O vurğuladı: “Hərbi və elmi dairələrlə təmasda olarkən mövcud elmi nailiyyətlərdən və  texnoloji imkanlardan maksimum dərəcədə bəhrələnin, cürbəcür təhlükələr qarşısında müdafiə üçün çoxsaylı və variativ seçimlərə malik olmağa çalışın”.

“Xalqın rəsmilərə olan etimadı önəmli bir əmanətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müxtəlif sferaların, eləcə də Silahlı Qüvvələrin rəsmləri bu etimadın qədrini lazımınca bilməli, öhdələrinə düşən vəzifələri yerinə yetirməklə ona layiqli şəkildə cavab verməlidirlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının baş komandanı briqada generalı Fərzad İsmaili başçılıq etdiyi qərargahın Ali Baş Komandanlığın bütün tapşırıqlarını yerinə yetirməyə tam hazır olduğunu bildirdi.

Görüşün əvvəlində Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və yüksək rütbəli zabitləri Həzrət Ayətullah Xameneinin imamlığı ilə zöhr və əsr namazlarını qıldılar.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /