Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibətilə əfv fərmanı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı ərəfəsində ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 930 nəfər məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq vermişdir.

Xatırladaq ki, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək mübarək Ramazan bayramının gəlişi ilə əlaqədar olaraq, müvafiq tələblərə cavab verdikləri Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müəyyən olunmuş 930 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsi təklifi ilə çıxış etmişdi.  Ali Məqamlı Rəhbər onun bu təklifini müsbət cavablandırdı.












Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /