İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaniyə ünvanladığı məktubda “6-cı inkişaf proqramı”nın başlıca siyasətlərini elan etmişdir.
Bu siyasətlər 3 başlıca mehvər – “müqavimət iqtisadiyyatı”, “elm və texnologiya sferasında liderlik” və “mədəniyyətin yüksəlişi və özünüqoruma qabiliyyətinin artırılması” prinsipləri əsasında, habelə daxili və xarici arenada mövcud olan reallıqları nəzərə almaqla tənzimlənmişdir. “6-cı inkişaf proqramı”nda qarşıya qoyulmuş hədəflərin gerçəkləşməsi islami məfkurəyə əsaslanan, dünya kapitalizm sistemindən heç bir asılılığı olmayan bir inkişaf modelinin təqdim olunmasına yardımçı olacaqdır.
“6-cı inkişaf proqramı”nın başlıca siyasətləri 80 bənddən ibarətdir və “iqtisadiyyat”, “informasiya və kommunikasiya texnologiyaları”, “sosial məsələlər”, “müdafiə və təhlükəsizlik”, “xarici siyasət”, “ədliyyə sistemi və hüquq”, “mədəniyyət”, “elm, texnologiya və innovasiyalar” olmaqla bir neçə fəsli ehtiva edir
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir