Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərinin təyin olunması haqda sərəncam imzalamışdır. Ali Məqamlı Rəhbər bu sərəncamında mücahid və uzaqgörən alim mərhum Ayətullah Mehdəvi Kəninin xatirəsini yad edərək onun ixlasla həyata keçirdiyi işləri yüksək qiymətləndirir.

Ali Məqamlı Rəhbərin imzaladığı sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İmam Sadiq (ə) adına Universitetin və onun sadiq rəhbərliyinin, özəlliklə də mücahid və uzaqgörən alim mərhum Ayətullah Mehdəvi Kəninin ilk gündən bu günə qədər strateji əhəmiyyətli dini araşdırmaların genişləndirilməsində, İslam dövlətinin rəhbər kadr və mütəxəssislərə olan ehtiyacının qismən də olsa ödənməsində layiqli və effektiv rol oynadığı bu mübarək müəssisə ilə tanışlığı olan heç kəsə gizli deyil. Bu rolun gələcəkdə də davam etdirilməsi və daha da artırılması üçün, habelə mərhum Ayətullah Mehdəvi Kəninin böyük əzm və ixlaslı zəhmətləri sayəsində bünövrəsi qoyularaq çiçəklənmiş, İslam maarifinə əsaslanan bu elmi hərəkatın qorunub inkişaf etdirilməsinin zəruri olduğunu nəzərə alaraq, aydın və etibarlı strategiyaların işlənib hazırlanmasından sonra bu universitetin kəsb etdiyi əhəmiyyətə uyğun səviyyəli bir qəyyumlar şurasının təşkilinə ehtiyac duyulur. Odur ki həzrət höccətül-İslam və ayətullahlar: Baqiri Kəni, Amoli Laricani,  Seyid Əhməd Ələmül-hüda, Səid Mehdəvi Kəni, Əlirza Əmini, Əhməd Vaizi, Seyid Abbas Musəviyan, Seyid Mustafa Mirlövhi və cənablar: Seyid Əla Mirməhəmməd Sadiqi, Dr. Əli Rzaiyan və Dr. Hadi Humayunu “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvləri təyin edirəm. Yuxarıda adı çəkilən insanlar keçmiş təcrübə və mirasdan bəhrələnərək ilk fürsətdə hazrıkı sərəncamın qoşmasında qeyd olunaraq ictimaiyyətə açıqlanacaq strategiyalara riayət edərək yeni əsasnamənin işlənib hazırlanması ilə məşğul olsunlar ki, həmin sənədə əsasən və öz ciddi səyləri sayəsində ölkədə İslam maarifinin genişləndirilməsi və humanitar elmlərdə dəyişikliklər edilməsinin ən önəmli mərkəzi kimi,  bu elmi təşkilatın səviyyəsini qaldırsınlar. Bu şuranın başında cənab Ayətullah Amoli Laricaninin durması yuxarıda sadalanan hədəflərə mümkün qədər tez nail olunması üçün münasib bir fürsət olacaq, inşallah. Uca Yaradandan möhtərəm cənablara mənəvi dəstək və uğur diləyirəm.

Seyid Əli Xamenei
25 xordad 1394


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /