Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qare özü qiraət etdiyi ayələrin mənasına qəlbinin dərinliyinə qədər inanmalıdır

Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ofisində 3 saatdan artıq davam edən Quran məclisi təşkil olundu.

Başdan-başa Quranın rayihəsi və Quran mənəviyyatı ilə dolu olan bu nurlu məclisdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 15 nəfər hafiz, ustad və qare Qurani-Məciddən ayələr tilavət etdilər, xor qrupları Uca Yaradana mədh və həmd-səna oxudular.

Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər İran qarilərinin günü-gündən inkişaf etdiyini və bu inkişafın tamamilə göz önündə olduğunu qeyd edərək bildirdi ki, Quran təlimlərinin auditoriyanın qəlbinə aşılanmasının başlanğıcı gözəl və ürəyəyatan səsdir. O həmçinin vurğuladı: “Hələ ki Quranın cəmiyyətimizə daha artıq təsir göstərməsini tələb edən hallar çoxdur. Quranın qiraətinin insanlara daha çox təsir göstərməsi üçünsə qare özü qiraət etdiyi ayələrin daşıdığı mənaya qəlbinin dərinliyinə qədər inanmalıdır”.

Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da əlavə  etdi: “Qarelər Qurandakı mənaları insanlara aşılamaq üçün bəzi kəlmələri bir neçə dəfə vurğulaya bilərlər”.

Ali Məqamlı Rəhbər həmçinin ayələrin bir neçə dəfə vurğulanmasında ifratdan çəkinmək lazım olduğunu da qeyd edərək dedi: “Quran qiraətinin təsirli olması üçün zəruri tələblərdən biri də qiraət zamanı səs normalarına riayət etməkdir”.

Ali Məqamlı Rəhbər qarelərə və quransevərlərə aşağıdakı tövsiyəni də etdi: “Bəzi kəlmə və ayələri uzadaraq insanlarda adi qaydadan kənar, həddən artıq şövq yaratmağa lüzum yoxdur”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /