Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi və Astaneye-Əşrəfiyyə şəhristanının imam-cüməsi, dəyərli ruhani Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə.

Aliqədr ruhani, Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi, Astaneye-Əşrəfiyyə şəhristanının gözəl insani keyfiyyətləri ilə seçilən, daim xalqın xidmətində olmağa can atan imam-cüməsi Höccətül-İslam vəl-muslimin Əminiyanın vəfatı ilə əlaqədar olaraq, bu dəyərli bölgənin əziz və sadiq insanlarına, mərhumun bütün dostlarına və şagirdlərinə, Gilanın elmi ictimaiyyətinə, özəlliklə də mərhumun möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına başsağlığı verirəm. Bu sevilən ruhaninin elmi səviyyəsi, gözəl əxlaqi keyfiyyətləri, güclü xarakteri və ədəbli davranışı Gilan üçün mənəvi sərmayə idi. Onun yoxluğundan yaranacaq boşluğu,  inşallah, Allahın köməyi və elm adamlarının səyi sayəsində doldurmaq lazımdır. Mərhuma Allahdan rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
22 xordad 1394



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /