Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər əfv sərəncamı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəbaniyyə günləri və Xürrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə, Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 102 məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq verdi.

Xatırladaq ki, bundan öncə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək şəbaniyyə günləri və 3 xordad – Xürrəmşəhrin azad edilməsinin ildönümü günü münasibəti ilə, Hərbi Tribunalda mühakimə edilmiş, müvafiq kriterilərə cavab verdikləri Məhkəmə Hakimiyyətinin Mərkəzi Əfv Komissiyası tərəfindən müəyyənləşdirilmiş 102 nəfər məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsini təklif etmişdi. Ali Məqamlı Rəhbər təklifi müsbət cavablandırdı.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /