İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinə həsr edilmiş konfransın katibliyinin üzvləri ilə 14.02.1394-cü il tarixdə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (bazar ertəsi) səhər Sənəndəc şəhərində baş tutan konfransda oxundu.
Həmin görüş zamanı Həzrət Ayətullah Xamenei şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinin anılmasını yüksək dəyərləndirmiş, bu mömin və ixlaslı gənclərin etdiyi fədakarlıqlara toxunaraq demişdi: “Müsəlman-kürd pişmərgələri həm döyüş meydanlarında olmaqla öz canlarını təhlükəyə atır, həm də əksinqilabçı qruplaşmalar onların ailələri üçün təhlükə yaradırdı. Buna baxmayaraq, bu şücaətli gənclər, doğrudan da, böyük bir sınaqdan üzüağ çıxdılar”.
Düşmənin Kürdüstan bölgəsində sabitliyi pozmaq, bu bölgəni inqilaba zərbə nöqtəsinə çevirmək üçün etnik mənsubiyyət və məzhəb amillərindən istifadə etmək siyasətinin uğursuzluğa düçar olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etmişdi: “İnqilabın ilk illərində əksinqilab bu bölgədə sabitliyi pozmaq üçün bütün güc və imkanlarını səfərbər etmişdi. Lakin kürd xalqının və din alimlərinin əzmi və sevgisi inqilabla idi. Onlar hətta bəzi kürd din alimlərini də şəhid etdilər. Buna misal olaraq, mərhum Şeyxülislam kimi saf və ixlaslı bir şəxsiyyətin bir neçə il öncə şəhid edilməsini göstərmək olar”.
Çıxışının davamında: “Bu, bir reallıqdır ki, düşmən sakit oturmur. O, əlindəki saysız-hesabsız kəşfiyyat, təbliğat və maliyyə vasitələrindən istifadə etməklə bacardığı qədər düşmənçiliyini davam etdirəcək” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğulamışdı: “Əlbəttə ki, İranda düşmən kürdlərdən istifadə edərək etnik təxribatlar törədə bilməz, amma müəyyən qüvvələr şiə və sünnilər arasında məzhəb təəssübkeşliyi alovunu körükləməyə, bu ikisini bir-birinə qarşı qoymağa çalışır, bir qrup insan da məlumatsızlıq üzündən bu planların əsirinə və oyuncağına çevrilib”.
Ölkəyə can yandıran və onun mənafeyində maraqlı olan hər kəsin bu planlar qarşısında sayıq davranmalı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etmişdi: “Nə sünni tərəfkeşliyi adı altında şiələrlə düşmənçilik edib onlara təzyiq göstərənlərin, əslində, sünnilik və İslamla bir əlaqəsi yoxdur, nə də şiələr arasında əhli-sünnəyə qarşı təəssübkeşliyi qızışdıranlar heç bir vəchlə dini motivlərdən çıxış etmirlər”.
İngilislərin sünni və şiələr arasında konflikt yaradıb bundan öz xeyirlərinə yararlanmaqda zəngin təcrübəyə malik olduqlarını deyən Həzrət Ayətullah Xamenei Amerika konqresinin İraqın sünni əhalisini dəstəkləməklə məqsədyönlü planlar izlədiyinə toxunaraq ortaya belə bir sual qoymuşdu: “Sünnilər doğrudanmı onları maraqlandırır?”
O həmçinin demişdi: “Onlar İslamdan xəbər verən hər bir şeyin əleyhinədirlər. Onlar üçün sünni ilə şiənin də fərqi yoxdur. Məzhəb və etnik mənsubiyyət məsələləri isə yalnız konflikt törətmək üçün əldə tutduqları bəhanədir”.
Bu bəhanələri düşmənin əlindən almaq lazım olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etmişdi: “Şəhid olmuş müsəlman-kürd pişmərgələrinin xatirəsinin anılması kimi mədəni tədbirlərin keçirilməsi, eləcə də gənclərlə bağlı məsələlərə diqqət yetirilməsi vacibdir”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir