Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Məhəmmədəli Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə.

Möhtərəm cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədəli Müvəhhidi Kirmani,

Bacarıqlı xətib, İslam Respublikasının dövründə və ondan əvvəl dəyərli xidmətlərə imza atmış, elmi və biliyi ilə seçilən gözəl bir övladını Müqəddəs Müdafiəyə şəhid vermək iftixarına nail olmuş möhtərəm qardaşınız, mərhum Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədmehdi Müvəhhidinin vəfatı ilə əlaqədar olaraq, Sizə, çox hörmətli ailə üzvlərinizə, mərhumun əziz övladlarına, bütün dostlarına və yaxınlarına başsağlığı verir, Allahdan ona rəhmət və bağışlanma diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
24 ordibeheşt 1394
14 may 2015



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /