İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Simnan ostanının 3 min şəhidinin xatirəsinə həsr olunmuş konfransın idarə heyətinin üzvləri ilə görüşü zamanı (14.03.1394-cü il tarixində) etdiyi çıxışın mətni bu gün (cümə axşamı) səhər Simnan şəhərindəki Qədir salonunda keçirilən konfransda oxundu.
Görüş zamanı çıxış edən Həzrət Ayətullah Xamenei Simnan ostanına xas xüsusiyyətlərə toxunaraq bu torpaqda görkəmli din, elm və siyasət adamlarının yetişdiyini qeyd etmişdi. O, Simnan ostanından şəhid olmuş insanların xatirəsinə konfrans keçirilməsini, şəhidlərin fədakarlığının yüksək qiymətləndirilərək uca tutulmasını olduqca gözəl və dəyərli bir iş adlandıraraq demişdi: “Şəhidlərin etdiyi fədakarlıq İslam İnqilabı üçün qalıcı bir ehtiyatdır. O əziz insanların xatirəsinin qorunması dini cəhətdən də vacib bir məsələdir”.
Bəzi bədxahların şəhidlərin xatirəsinin unudulmasına çalışdıqlarını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şəhidlərin xatirəsinin anılması istiqamətində həyata keçirlən tədbirlərin əsas məqsədi şəhidliyin tərbiyəvi cəhətlərini, yəni fədakarlıq və iman ruhiyyəsini insanlara sözün əsl mənasında aşılamaq olmalıdır”.
İnsanlara, özəlliklə də gənc nəslə daha güclü təsir göstərməyin müxtəlif metod və vasitələrinə diqqət yetirməyin vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bugünkü gəncliyin bacarığı, əzmi, təpəri və imanı 60-cı illərin gəncliyindən heç də zəif deyil. Amma bugünkü gənclər çox təhlükəli ideoloji təhdidlərlə üz-üzədir. Bu yanlış düşüncələr çoxsaylı üsul və vasitələrlə geniş miqyasda yayılmaqdadır”.
Müraciət etdiyin auditoriyanı tanımağın və onunla effektiv bir şəkildə əlaqəyə girməyin əhəmiyyətini xatırladan Həzrət Ayətullah Xamenei auditoriya ilə münasibətdə mədəniyyət fərqinə diqqət yetirməyin vacib olduğunu vurğulayaraq dedi: “Bu məsələdə mütəxəssislərdən, din alimlərindən, ictimaiyyətlə əlaqələr sahəsində təcrübəsi olan insanlardan istifadə etməklə yanaşı, müxtəlif incəsənət sahələrinin imkanlarından da maksimum dərəcədə yararlanmaq lazımdır”.
“İslam dövləti siyasət, iqtisadiyyat, təhlükəsizlik və ən önəmlisi mədəniyyət sahəsində düşmənlərlə üz-üzədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmən bizə qarşı xüsusi bir formada mübarizə aparır. Odur ki biz onun qarşısına tam hazırlıqlı şəkildə, işlətdiyi taktikaları bilərək çıxmalıyıq”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir