İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstan Respublikasının prezidenti cənab Məhəmməd Əşrəf Qəni ilə bu gün (bazar günü) günortadan sonra keçirdiyi görüşdə iki ölkə arasında zəngin tarixi-mədəni əlaqələrin, müştərək cəhətlərin mövcud olduğuna toxunaraq İslam maarifinin və fars dilinin inkişafı və təbliğində Əfqanıstan alimləri və ədiblərinin böyük rolu olduğunu qeyd etdi. O dedi: “Əfqanıstan insan resursları və zəngin mədəniyyətindən əlavə, saysız-hesabsız təbii ehtiyatlara da malikdir. Bütün bu resurslar və müştərək cəhətlər iki ölkə arasındakı əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir”.
Həzrət Ayətullah Xamenei İran və Əfqanıstan arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsi üçün hər iki ölkənin iradə və qətiyyət nümayiş etdirməli olduqlarını qeyd edərək vurğuladı: “Əlbəttə ki, amerikalılar və bəzi region dövlətləri Əfqanıstanın potensialını tanımırlar və ölkələrimiz arasında həmrəylik və əməkdaşlığın da tərəfdarı deyillər. Lakin İran qonşu Əfqanıstanın inkişaf və təhlükəsizliyini öz inkişaf və təhlükəsizliyi hesab edir”.
Ali Məqamlı Rəhbər həmçinin İranın elm, texnologiya, mədəniyyət, diplomatiya və sair müxtəlif sferalarda qazandığı uğurların iki ölkə arasında əməkdaşlıq üçün zəmin ola biləcəyini qeyd edərək dedi: “İki ölkə arasında mövcud olan miqrasiya, müştərək su sərhədləri, nəqliyyat və təhlükəsizlik kimi problemlərin də hamısının həlli mümkündür. Bütün problemləri ciddi şəkildə, konkret zaman planlaması çərçivəsində nəzərdən keçirib həll etmək lazımdır”.
Mühüm bir problem olan miqrasiya probleminin öz həllini tapmalı olduğunu bildirən Həzrət Ayətullah Xamenei yüzlərlə əfqan mühacirin İranın ali təhsil müəssisələrində müxtəlif pillələrdə təhsil aldığını qeyd edərək dedi: “Əfqanlar çox zəkalı və istedadlıdırlar və elmlərin mənimsənilməsində bu istedaddan düzgün istifadə olunmalıdır. Çünki Əfqanıstanın yenidən quruculuğu üçün savadlı əfqanlara ehtiyac var”.
“Tehran əfqan qardaşlarımızın doğma evidir” – deyən Ali Məqamlı Rəhbər qonşu dövlətlə İran arasındakı çoxəsrlik və möhkəm dostluq əlaqələrinə toxunaraq dedi: “Ümidvaram ki, Əfqan dövləti və xalqının uğur və imkanları günü-gündən artacaq”
Ölkə başçısı cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Əfqanıstan Respublikasının prezidenti cənab Məhəmməd Əşrəf Qəni Tehran səfərindən məmnunluq ifadə edərək İran və Əfqanıstan arasında qədim və dərin tarixi-mədəni əlaqələrin mövcud olduğunu bildirdi. O dedi: “Bizim məqsədimiz budur ki, Əfqanıstan regionda nəqliyyat mərkəzinə çevrilərək keçmişdə daşıdığı regionun kommunikasiya qovşağı funksiyasını bərpa etsin”.
Hazırda İran və Əfqanıstanın oxşar təhlükə və müştərək fürsətlərlə üz-üzə olduqlarını qeyd edən Əfqanıstan prezidenti dedi: “Bizim siyasi iradəmiz ikitərəfli əməkdaşlığın genişləndirilməsinə əsaslanır. İki ölkə arasındakı müştərək cəhətlərin və müsbət məqamların gücləndirilməsinə çalışmalıyıq”.
Cənab Məhəmməd Əşrəf Qəni Əfqanıstan hökumətinin daxili təzad və qarşıdurmaları əməkdaşlıq üçün münasib məqamlara çevirmək siyasəti izlədiyini qeyd etdi. İkitərəfli əməkdaşlıqlardan danışan Əfqanıstan prezidenti terrorizm, narkotik qaçaqmalçılığı, miqrasiya və ortaq su sərhədləri kimi bəzi problemlərə toxunaraq dedi: “İki ölkə arasındakı problemlər hər iki dövlətin siyasi iradəsi ilə və hazırkı səfər çərçivəsində müəyyən olunmuş qrafik üzrə araşdırılıb həll olunmalıdır”.
Narkotik qaçaqmalçılığının İrana çox böyük ziyan verdiyini bildirən cənab Əşrəf Qəni dedi: “Qonşu dövlətlərdən heç biri narkotik qaçaqmalçılığını İran qədər ciddiyə almır və heç biri bununla İran qədər mübarizə aparmır. Biz də öz növbəmizdə İranın köməyi ilə bu öldürücü bəlaya qarşı müştərək mübarizə aparmağa hazırıq”.
Əfqanıstan prezidenti iki ölkə arasında nəqliyyat, investisiya, mədəni və iqtisadi əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsinə toxunaraq Ali Məqamlı Rəhbərə xitabən dedi: “İran sizin müdrik rəhbərliyiniz altında öz tarixi kimliyini sübut edib. Ümidvarıq ki, bu müdrik rəhbərlik əsasında iki ölkə arasında əməkdaşlığın inkişafının da şahidi olacağıq”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir