İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər ordunun yüksək rütbəli zabitlərindən, şəxsi heyətin üzvlərindən bir qrupu və şəhid ailələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrə özlərində gözüaçıqlıq xüsusiyyətini, dini və inqilabi məfkurəni qorumağa və gücləndirməyi, müdafiə bacarığını, texniki təchizatı, habelə mənəvi-psixoloji hazırlığı artırmağı təkidlə tövsiyə edərək dedi: “İran İslam Respublikası heç bir zaman region və qonşu dövlətlər üçün təhlükə törətməyib və törətməyəcək, lakin istənilən hücumçu cəhdə tam qüdrətlə cavab verəcək”.
Ölkədə qeyd olunan Ordu və Quru Qüvvələrinin Qəhrəmanlıqları Günü ərəfəsində baş tutan bu görüşdə Ali Baş Komandan iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, 29 fərvərdin gününün İİR Ordusu Günü elan edilməsi mərhum İmam Xomeyninin (r.ə) İslam İnqilabının əvvəllərində bəzi qüvvələrin ordunu yox etmək səylərinə qarşı həyata keçirdiyi böyük bir təşəbbüsdür. O həmçinin dedi: “İmam Xomeyninin (r.ə) müdrikliyi sayəsində ordumuz qüdrət və qüvvətlə varlığını davam etdirdi, İslam İnqilabının bəhrəsi olan bir təəsisat kimi müxtəlif sferalarda, o cümlədən 8 illik Müqəddəs Müdafiədə özünəməxsus rol oynayıb qəhrəmanlıqlara imza ataraq ölkəyə qürur qazandırdı”.
“29 fərvərdin günü özündə ordumuzun İslam İnqilabının üzərində möhkəm dayanmasını, xalqın amallarına xidmət etməsini ifadə edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam Respublikasının ordusu üçün xarakterik olan xüsusiyyətlərdən biri də dini qayda-qanun və öhdəliklərə bağlı olmasıdır”.
Həzrət Ayətullah Xamenei dünya ordularından əksəriyyətinin qələbə və ya məğlubiyyət zamanı beynəlxalq qanunlara və humanitar normalara riayət etmədiklərini bildirərək dedi: “Dünyanın böyük dövlətlərinin, özəlliklə də Amerikanın davranışları buna bariz nümunədir. Onlar beynəlxalq qanunlara və humanitar normalara heç bir əhəmiyyət vermədən istənilən cinayətə əl atırlar”.
Ali Məqamlı Rəhbər beynəlxalq qanunlara riayət olunmamasına konkret nümunə kimi, Yəməndə baş verənləri, Qəzza və Livan müharibələrini qeyd edərək dedi: “İran İslam Respublikasının Silahlı Qüvvələri İslam dininin qanunlarına və öhdəliklərinə daim sadiqdir. Onlar heç vaxt nə qalib gəldikləri zaman həddi aşır, nə də təhlükə anında qadağan olunmuş metod və vasitələrdən istifadə edirlər”.
O, əlavə etdi: “İran İslam Respublikasının nüvə silahı əldə etmək niyyətində olmadığını elan etməsi də məhz bu yanaşmaya, dini etiqad və inanclara əsaslanır”.
Həzrət Ayətullah Xamenei İranın region ölkələrinin işlərinə müdaxilə etdiyi ilə bağlı səslənən bəzi təbliğat və ittihamlara toxunaraq dedi: “Bu ittihamlar reallıqdan uzaqdır, çünki İran region ölkələrinin işlərinə heç vaxt müdaxilə etməyib və etməyəcək”.
Ali Məqamlı Rəhbər dedi: “Biz mülki əhaliyə, qadın və uşaqlara hücum edənlərə nifrət və ikrahla yanaşır, onların İslamdan və vicdandan xəbərsiz olduqlarını düşünürük, lakin region ölkələrinin işlərinə müdaxilə etmirik”.
“İİR Silahlı Qüvvələrinin bariz xüsusiyyəti olan dinin əsaslarına, ilahi qanunlara bağlılıq onların xalqın sevimlisinə çevrilməsinin əsas səbəbidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İİR Silahlı Qüvvələrinin digər bir xüsusiyyəti müdafiə hazırlığının, maddi-texniki bazanın günü-gündən gücləndirilməsidir ki, bu fəaliyyətlər də “و اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّه” – “Bacardığınız qədər qüvvə tədarük edin” şərif ayəsini rəhbər tutmaqla həyata keçirilir”.
Silahlı qüvvələrin hərbi hazırlıq və müdafiə sahəsində qazandığı nailiyyətlərin ölkənin qabaqcıl elmi-texnoloji nailiyyətləri arasında ən üstün və nümunəvi yer tutduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu nailiyyət və imkanlar görünməmiş sanksiya və təzyiqlər, resursların çatışmazlığı şəraitində əldə olunub, bu isə qeyri-adi bir işdir və eyni sürət tempi ilə davam etdirilməlidir”.
“İran xalqının bədxahları silahlı qüvvələrimizin müdafiə sahəsində qazandığı uğurlardan narazıdır və bu prosesin qarşısını almağa səy göstərirlər” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Məhz elə buna görə də onlar öz təbliğatlarını bu istiqamətdə, əsasən də raket və pilotsuz təyyarələr sahəsində qazanılmış uğurların əleyhinə qururlar. Lakin qeyd etdiyim Quran ayəsinin dəstəyi ilə sağlam rasional məntiq bizə bu yolu var gücümüzlə davam etdirmək lazım olduğunu deyir”.
Ali Məqamlı Rəhbər amerikalıların həyasız təhdidlərinə toxunaraq dedi: “Qarşı tərəf bir müddət susduqdan sonra bu yaxınlarda onların rəsmilərindən biri bir daha ortada olan seçim variantlarından danışıb. Onlar bir yandan belə iddialı danışır, digər tərəfdən də deyirlər ki, İslam Respublikası müdafiə sahəsindəki inkişafını dayandırmalıdır. Bu isə axmaq söhbətdir”.
Ali Məqamlı Rəhbər vurğuladı: “İran İslam Respublikası bu ağılsız sözləri heç vaxt qəbul etməyəcək. İran xalqı sübut edib ki, əgər hücuma məruz qalsa, özünü tam qüdrətlə müdafiə edəcək, möhkəm bir yumruq kimi bir olub, ona hücum edən məntiqsiz qüvvələr qarşısında duracaq”.
Ali Baş Komandan üzünü Silahlı Qüvvələrə tutaraq dedi: “Müdafiə Nazirliyindən tutmuş Ordu və Keşikçi Korpusa qədər bütün strukturlar hərbi və müdafiə hazırlıqlarını, eləcə də hərbi təşkilatlanma və mənəvi-psixoloji hazırlıqlarını günü-gündən artırmalıdırlar. Bu, rəsmi bir təlimatdır”.
Ölkənin Silahlı Qüvvələrinin və özəlliklə Ordunun əhval-ruhiyyəsinin çox yüksək olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikası döyüş və müdafiə qabiliyyətinin yüksək olmasına baxmayaraq, region ölkələri və qonşu dövlətlər üçün heç vaxt təhlükə yaratmayacaq”.
Həzrət Ayətullah Xamenei Amerika və Avropanın, eləcə də onların dediyi ilə oturub-duran bəzi dövlətlərin İslam Respublikasının nüvə silahı əldə etməyə çalışdığı barədə uydurma fikirlər yaymaqla İranı təhlükəli bir dövlət kimi qələmə vermək istədiklərinə toxunaraq dedi: “Bu gün dünya və region üçün ən böyük təhlükə heç bir maneə tanımadan, dini qanunlara və vicdan normalarına əhəmiyyət vermədən, lazım bildikləri istənilən yerə müdaxilə edib qırğınlar törədən Amerika və İsrail dövlətləridir”.
Yəməndə baş verən acınacaqlı hadisələri, Amerika və Qərbin təcavüzkarı himayə etməsini dünyada təhlükəsizliyi pozan davranışlara nümunə adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bu özbaşına dövlətlərdən fərqli olaraq, İran İslam Respublikası təhlükəsizliyi ən böyük ilahi nemət hesab edir, özünün və başqalarının təhlükəsizliyini qorumaq üçün ayağa qalxaraq mübarizə aparır”.
Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Ölkənin təhlükəsizliyinin, sərhədlərin toxunulmazlığının və əhalinin asayişinin qorunması hərbi və polis qüvvələrinə komandanlıq edən rəsmilərin ən mühüm vəzifələrindəndir”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə Ordunun Baş Komandanı general-mayor Salehi çıxış edərək iştirakçıları 29 fərvərdin – İİR Ordusu və Quru Qüvvələrinin Rəşadəti Günü münasibəti ilə təbrik etdi və dedi: “İran İslam Respublikasının dini prinsiplərə və İslam İnqilabının dəyərlərinə sadiq olan ordusu İranın müqəddəs sərhədlərinin keşiyində durmağa, ölkənin strateji mənafelərini qorumağa tam hazırdır”.
General-mayor Salehi həmçinin vurğuladı: “Hərbçilərimiz beynəlxalq münasibətlərdə razılaşmanın əldə olunub-olunmamağından asılı olmayaraq, qürur və heysiyyətini qorumaqdan başqa seçim bilmirlər və istənilən şəraitdə bir daha həmişəyaşar qəhrəmanlıqlara imza atmağa hazırdırlar”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir