İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə dünyada böyük dəyişiklik olan ümumi islami oyanışın İslam düşmənlərini narahat edən başlıca səbəb olduğunu qeyd etdi. O, düşmənlərin bu böyük hadisəyə qarşılıq olaraq planlar hazırladıqlarını bildirərək vurğuladı: “Bu gün bəzi müsəlman ölkələrindəki daxili çəkişmələr Amerika və sionistləri sevindirir. Bu problemlərin həlli yolu müsəlman ölkələrinin əməkdaşlığı, münasib və konstruktiv əməli tədbirlərin həyata keçirilməsidir”.
Görüş zamanı Ali Məqamlı Rəhbər Türkiyə və İran arasında əlaqələrin gücləndirilməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğunu qeyd edərək dedi: “Müsəlman ölkələrindən hansınınsa İslam dünyasında qüdrətlənməsi, əslində, İslam ümmətinin qüdrəti deməkdir. İran İslam Respublikasının ümumi siyasəti bundan ibarətdir ki, müsəlman ölkələri bir-birinin güclənməsinə dəstək olsunlar və bir-birinin zəifləməsinin qarşısını alsınlar. İran-Türkiyə əlaqələrinin güclənməsi də bu hədəfin reallaşmasına yardımçı olacaq”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz həmişə vurğulayırıq ki, Qərb və Amerikaya etimad etməyin müsəlman ölkələrinə heç bir xeyri olmayacaq. Bu gün Qərbin regionda atdığı addımların İslamın və regionun ziyanına olduğunu hər kəs açıq-aydın görür”.
Bəzi region ölkələrində gedən dəyişikliklərə, terrorçu qruplaşmaların İraq və Suriyada törətdiyi vəhşikliklərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu olaylarda düşmənin gizli əlini sezməyən şəxs özünü aldatmış olur”.
Ali Məqamlı Rəhbər bunun bir reallıq olduğunu sübut etmək üçün Amerika və sionistlərin regiondakı vəziyyətdən məmnunluğuna toxunaraq dedi: “Bu olaylardan sionistlər, Qərb dövlətlərinin əksəriyyəti, hamıdan çox isə Amerika məmnundur. Onlar İŞİD məsələsini sona çatdırmaq niyyətində deyillər”.
Söhbətin davamında Ali Məqamlı Rəhbər İŞİD-in görünməmiş vəhşiliklərinin bəzi nümunələrini, həmçinin bu terrorist qruplaşmanın ilkin məqsədinin Bağdadı ələ keçirmək olduğunu xatırladaraq belə bir sual səsləndirdi: “Bu cərəyanlara maliyyə dəstəyi verən və onları silahla təchiz edən kimlərdir?”
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yadellilər, birmənalı olaraq, bu problemlərin həllini tapmasını istəmirlər. Ona görə də məhz müsəlman ölkələri onların həlli üçün qərar qəbul etməlidirlər. Təəssüflər olsun ki, birgə surətdə münasib və konstrutiv bir qərar qəbul olunmur”.
Söhbətin davamında Ali Məqamlı Rəhbər Yəməndə baş verən hadisələrin İslam dünyasının yeni problemlərindən olduğunu bildirdi və Yəmən böhranının həlli yolu ilə bağlı aşağıdakıları vurğuladı: “İslam Respublikasının bütün ölkələrə, o cümlədən Yəmənə münasibətdə mövqeyi xarici müdaxilənin əleyhinə çıxmaqdır. Odur ki, bizə görə, Yəmən böhranının həlli də bu ölkənin əhalisinə qarşı xarici müdaxilənin və hücumların dayandırılmasıdır. Və məhz yəmənlilər öz ölkələrinin gələcəyi üçün qərar qəbul etməlidirlər”.
Ali Məqamlı Rəhbər bildirdi ki, düşmənlərin əsəblərini tarıma çəkən başlıca səbəb böyük bir hadisə olan ümumi islami oyanış, xalqların İslama təşnə olmasıdır. O, əlavə etdi: “Düşmənlər artıq bir müddətdir ki, bu oyanışa qarşı əks hücuma başlayıblar. Təəssüf doğuran reallıq odur ki, bəzi müsəlman ölkələri də xainlik edərək düşmənə pul və digər imkanlarla dəstək olurlar”.
Daha sonra İraqdakı vəziyyətə toxunan Həzrət Ayətullah Xamenei terrorçuların bu ölkədə ağalığı ələ keçirməsinin qarşısını almaq üçün İranın İraq əhalisinə yardımlar etdiyini qeyd edərək dedi: “İranın İraqda hərbi iştirakı yoxdur, amma İran və İraq xalqları arasında çox sıx və möhkəm tarixi bağlar mövcuddur”.
İslam dünyasının nüfuz və əzəmətinin günü-gündən artmasını arzu etdiyini bildirən Ali Məqamlı Rəhbər İranın regiondakı problemlərin həlli üçün fikir mübadiləsinə və həmrəyliyə hazır olduğunu vurğuladı.
Ölkə başçısı cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Tehranda apardığı danışıqlara toxunaraq dedi: “Bu səfərdə biz ikitərəfli məsələləri gözdən keçirdik, habelə siyasi, iqtisadi və regional məsələlərlə bağlı söhbətlər etdik”.
Tehran və Ankaranın enerji sahəsində əməkdaşlığına toxunan cənab Ərdoğan dedi: “İran-Türkiyə İqtisadi Əməkdaşlıq Şurası təşkil olunub. Nazirlərimizə də göstəriş vermişik ki, iki ölkə arasında iqtisadi mübadilənin həcminin 30 milyard dollara çatdırılması kimi gözləntilərin reallaşması üçün daha artıq səy göstərərək işlərin gedişinə nəzarət etsinlər”.
Türkiyə prezidenti İslam dünyasının problem və çətinliklərinin onun daxilində, Qərbin müdaxiləsi olmadan həlll edilməli olduğunu vurğulayaraq dedi: “Regionda bir çox problemlər var ki, biz bir-birinin yardımı ilə onları həll etməliyik. Bu problemlərin həlli üçün Qərbi gözləmək lazım deyil”.
Cənab Ərdoğan həmçinin İŞİD terror qruplaşmasının törətdiyi cinayətləri qınadığını bildirərək dedi: “Mən İŞİD-i müsəlman hesab etmirəm və onun əleyhinəyəm”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir