Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin yeni sədrini və Qəyyumlar Şurasının üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin əsasnaməsinə edilmiş dəyişiklikləri nəzərə alaraq Komitəyə yeni sədrin və Qəyyumlar Şurasına yeni üzvlərin təyin olunması barədə sərəncam imzaladı. Sərəncamda o, ixlasla həyata keçirdikləri dəyərli işlərə görə qurumun keçmiş rəhbər kadrlarına qədirdanlığını ifadə edir. Ali Məqamlı Rəhbər həmçinin vurğulayır: “Bu dini təşkilatın nurlu hədəflərini reallaşdırmaq, yəni yoxsul təbəqənin maddi durumunu yaxşılaşdırmaq, ehtiyaclı insanlarda özünəgüvəni təmin etmək, habelə onlarda dini iman hisslərini artırmaq üçün əsaslı və əlavə addımlar atılmalıdır”.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

“İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin əsasnaməsinə edilmiş dəyişiklikləri nəzərə alaraq, Höccətül-İslam Hacı Şeyx Möhsün Kazeruni, cənab Pərviz Fəttah, cənab Hüseyn Ənvari, cənab Həmidrza Tərəqqi, cənab Seyid Mürtəza Bəxtiyari, cənab Seyid Mənsur Bərqəyi və xanım Dr. Mərziyyə Vəhiddəstcerdini qurumun Qəyyumlar Şurasının üzvləri, cənab Pərviz Fəttahı isə “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin sədri təyin edirəm.

Ümidvaram ki, bu inqilabi qurumun möhtərəm sədri və rəhbər heyəti Uca Yaradandan yardım diləyib, bu günə qədər qazanılmış dəyərli təcrübələrdən bəhrələnərək bu dini təşkilatın nurlu hədəflərinin reallaşdırılması istiqamətində əsaslı və əlavə addımlar atacaqdır. Həmin hədəflər isə sosial, mədəni və məişət xidmətləri təqdim etmək, zəruri dəstək göstərməklə istedadların çiçəklənməsi və inkişafı üçün şərait yaradılmasından, yoxsul təbəqənin maddi durumunun yaxşılaşdırılmasından, ehtiyaclı insanlarda özünəgüvənin təmin edilməsi, habelə onlarda dini iman və etiqadın gücləndirilməsindən ibarətdir.

Sözsüz ki, başda mərhum cənab Əsgərövladı olmaqla “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin sabiq rəsmiləri, habelə son illərdə Mərkəzi Şuranın üzvləri və cənab Ənvari yoxsulluqla mübarizə sahəsində uğurlu fəaliyyət göstərən bu effektiv qurumun formalaşmasında zəhmət çəkərək dəyərli işlər görmüşlər. Onları təqdir etməklə yanaşı, hamısına ilahi əcr və mükafat diləyirəm.

Hərçənd “İmdad, İmam Xomeyni! (r.ə)” komitəsi maddi və mənəvi cəhətdən əsaən əziz xalqımızın yardımlarına söykənməlidir, lakin yenə də hökumət, parlament və məhkəmə hakimiyyətinin bu inqilabi quruma hərtərəfli dəstək olmaqla onun müqəddəs missiyasının yerinə yetirilməsində mühüm rol oynadıqları inkaredilməzdir. Allahdan hər birinizin uğurlarını daha da artırmasını diləyirəm.

Seyid Əli Xamenei
16 fərvərdin 1394
5 aprel 2015



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /