Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 12 fərvərdin İran İslam Respublikası Günü ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 809 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək, İran İslam Respublikasının qurulmasının ildönümü münasibətilə müvafiq kriterilərə cavab verdikləri Məhkəmə Hakimiyyətinin Mərkəzi Əfv və Amnistiya Komisiyası tərəfindən müəyyən edilmiş 809 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsini təklif etmişdi. Ali Məqamlı Rəhbər bu təklifi müsbət cavablandırdı.











Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /