Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə və Ali Məqamlı Rəhbərin bacısının vəfatına həsr olunmuş matəm mərasimi keçirildi

Həzrət Peyğəmbərin (s) gülü Həzrət Fatimeti-Zəhranın (s.ə) şəhadət axşamında əziz İslam peyğəmbərinin sevimli qızına, eləcə də Ali Məqamlı Rəhbərin bacısı, inqilabçı xanım Seyidə Fatimə Hüseyni Xameneinin vəfatına həsr olunmuş matəm mərasimi təşkil olundu. Həzrət Ayətullah Xameneinin özünün, hakimiyyətin 3 qolunun başçılarının, hökumət və ordu rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan mərasimdə Höccətül-İslam vəl-muslimin Ali imamlar anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) uca şəxsiyyətindən, onun təqdirəlayiq şəxsi keyfiyyətlərindən və üzləşdiyi müsibətlərdən danışdı, Əhli-Beyt (ə) məddahları cənab İnsani və Kərimi isə paklıq və ismət xanımının şəhadətinə mərsiyələr oxudular.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimləri 1394-cü il fərvərdin ayının 7-si, cümə gününə (27 mart, 2015) qədər davam edəcək.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /