Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimi keçirildi

Bu gecə (çərşənbə axşamı) İmam Xomeyni (r.ə) adına hüseyniyədə rəsmilərin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbərin də iştirak etdiyi bu mərasimdə Höccətül-İslam vəl-muslimin Rəfii çıxış edərək Xanım Fatimənin (s.ə) ailəsində hökm sürən qayda-qanunun ibrətverici olduğunu bildirdi və əlavə etdi: “Qurani-Kərimdə Zəkəriyya peyğəmbərin və Həzrət Zəhranın ailələri insanlara nümünə göstərilmişdir”.

Bu iki nümunəvi ailənin göstəricilərindən danışan cənab Rəfii dedi: “Xeyir və yaxşılıqlara can atmaq, Allah-taala qarşısında təslimkarlıq və dua, nəzirə inanmaq və onu yerinə yetirmək, Allahdan və Qiyamət günündən qorxmaq, yoxsulları doyuzdurmaq, malından Allah yolunda xərcləmək və ixlas Quranda meyar kimi təqdim olunan ailələrin özəllikləridir”.

Bu gün ailələrin məruz qaldığı risk və təhlükələrdən danışan cənab Rəfii dedi: “Xanım Fatimənin (s.ə) yaşam prinsiplərinə diqqət yetirmək, ailəni Allahın və Peyğəmbərin (s) razılığı üzərində qurmaq, həmçinin ailə üzvləri arasında sevgi prinsipini gücləndirmək həm ailəni mümkün risk və təhlükələrdən qoruyur, həm də ümumilikdə cəmiyyətin sağlamlığına yardımçı olur”.

Mərasim zamanı cənab Heysəm Mütii İslamın əzəmətli xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) çəkdiyi müsibətlərə növhə və mərsiyələr oxudu.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimləri 1394-cü il fərvərdin ayının 7-si, cümə gününə qədər (27 mart 2015) davam edəcək.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /