Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş 3-cü matəm mərasimi keçirildi

İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş 3-cü matəm mərasimi keçirildi.

Xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın və hökumət rəsmilərindən bir qrupunun iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Pənahiyan cəmiyyətin idarə olunmasında mühüm olan iki tendensiya: ideallara can atma və reallığı görmə haqqında danışaraq dedi: “İdeallar və reallıq fərqli şeylər deyil və İslam təlimlərinə əsasən, bu ikisi paralel ola bilər”.

O, Allah-taalanın Onun dininə yardım edənlərə yardım edəcəyi barədə verdiyi haqq vədə toxunaraq qeyd etdi ki, İmam Xomeyninin (r.ə) yanaşmaları və səsləndirdiyi fikirlər daim realist olmuş, eyni zamanda idealları əks etdirmiş, dərin və irfani məzmun daşımışdır. Cənab Pənahiyan həmçinin dedi: “Mərhum İmam Xomeyni (r.ə) Allahın-taalanın yardımına inanır və etimad bəsləyirdi, çünki Qurani-Kərimin verdiyi vədə görə, Allah-taalanın möminlərə yardım edəcəyi mütləqdir və haqq batil üzərində qələbə qazanacaqdır”.

Höccətül-İslam Pənahiyan Həzrət Fatimənin (s.ə) şəhadəti ilə bağlı günlərin mənəviyyatın zirvəsi olduğunu bildirərək dedi: “Həzrət Fatimənin amalı ümməti xilas və dini bərpa etmək idi”.

Mərasim zamanı cənab Məhəmmədrza Taheri də Xanım Fatimənin (s.ə) çəkdiyi müsibətləri mərsiyələrin dili ilə xatırladı.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimləri 1394-cü il fərvərdin ayının 7-si, cümə gününə qədər (27 mart, 2015) davam edəcək.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /