İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameninin iştirakı ilə İslam Peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş 4-cü matəm mərasimi təşkil olundu.
Xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Sədiqi İslam dininin özünəinam və həqiqi imanla bağlı tövsiyələrindən danışaraq dedi: “Müsəlmanlar Allaha bəndəlik yolunda böyük və qətiyyətli addımlarla addımlasalar, Allahın lütfü onlara şamil olunar və onlar imanın şirinliyini dadarlar”.
Həzrət Zəhranın (s.ə) öz tərəfdarlarına tövhidi, Allaha etimad və etiqadı öyrətdiyini qeyd edən natiq dedi: “Həzrət Siddiqeyi-Kübranın (s.ə) hiss və emosiyaları eynilə din və rasionallığı əks etdirirdi. O, son nəfəsinə qədər imamların rəhbərliyi kursunu müdafiə etmişdir”.
Mərasim zamanı cənab Səmavati və Ərəzi də Əhli-Beytin (ə) müsibətlərinə mərsiyələr oxudular.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimənin (s.ə) şəhadəti ilə bağlı keçirilən mənəviyyat dolu əza mərasimləri 1394-cü il fərvərdin ayının 7-si, cümə gününə qədər (27 mart 2015) davam edəcək.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir