Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi keçirildi

Bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların, eləcə də rəsmilərdən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi keçirildi.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəmi yeni il təhvil olarkən oxunan duada Allahdan “احسن حال”– yəni ən gözəl halın diləndiyinə toxunaraq dedi: “Həzrət Fatimeyi-Zəhranın (s.ə) kəlamlarında bu “ən gözəl hal”ın ixlas, ailəsinə və camaata qarşı düzgün davranmaq, iffət, Quranla ünsiyyət, dini öyrənmək və s. kimi çoxsaylı göstəricilərindən danışılır. Lakin o əzəmətli xanımın dediklərinə və davranışına əsasən, ən gözəl halın mükəmməl meyarı imamların ilahi rəhbərliyinə etiqaddır”.

Höccətül-İslam vəl-muslimin Xatəmi Əhli-Beytin (ə) ilahi rəhbərliyini “zahiri rəhbərlik” və “misilsiz mənəvi məqamlar” olmaqla iki yerə bölərək dedi: “Həzrət Zəhra (s.ə) Əhli-Beytin (ə) mənəvi məqamlarından danışarkən aşağıdakı 5 başlıca xüsusiyyəti qeyd edir: Allah-taalaya yaxınlaşma vasitəsi olmaq, Allah-taalanın seçilmiş bəndələri, aləmlərin Rəbbinə xas sifətlərin təcəllası olmaq, Allahın hər cür pislik və çirkinlikdən pak etdiyi müqəddəslər olmaq, yaradılmışlar arasında Allahın höccətləri olmaq, peyğəmbərlərin bütün mükəmməl keyfiyyətlərinin daşıyıcısı və onların varisləri olmaq”.

O həmçinin əlavə etdi: “İslam və Əhli-Beyt (ə) məktəbinin genişləndirilməsi yalnız məsum imamın hakimiyyət səlahiyyətlərinə malik olan fəqihin mütləq hakimiyyətinin təmin edilməsi ilə reallaşa bilər”.

Mərasim zamanı cənab Səid Həddadiyan da Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətlərinə növhə və mərsiyələr oxudu.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /