Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhadət mədəniyyəti bütün bəşəriyyətin ortaq hədəfləri uğrunda fədakarcasına canından keçmək deməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin 28.11.1393-cü il tarixində “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Teleqüllənin toplantı salonunda keçirilən “Şəhid pedaqoqlar” konqresində oxundu.

Həmin çıxışından Ali Məqamlı Rəhbər qeyd edir ki, ziyalıların Müqəddəs Müdafiədəki effektiv iştirakı Allah yolunda fədakarlıq və şəhidlik ruhiyyəsinin cəmiyyətin müxtəlif təbəqələri arasında genişləndiyininin göstəricisidir. O, şəhidləri daim uca tutub dərin ehtiramla yad etməyin, bu dəyərli xatirələrin unudulmasının və ya köhnəlməsinin qarşısını almağın vacib olduğunu vurğulayaraq deyir: “Şəhidləri anmaq məqsədi ilə keçirilən tədbirlər, əslində, cihad hərəkatının və şəhadətin davamıdır. Şəhidləri yad etmək, onların ömür yolundan mühüm və diqqətəlayiq məqamları tapıb üzə çıxarmaq tendensiyası cəmiyyətdə günü-gündən daha da genişləndirilməlidir”.

İmam Hüseynin (ə) cihad və şəhadətinin İslamın, Quranın və dini təlimlərin yaşamasında əsaslı rol oynadığını bildirən Həzrət Ayətullah Xamenei deyir: “Şəhidlərin xatirəsi və şəhadət məsələsi cəmiyyətdə sarsılmaz bir həqiqət kimi ortaya qoyularsa, bu anlayışlar heç bir zaman əhəmiyyətini itirməz və o xalq qorxu və kədər bilmədən inkişaf yolunda irəliləyər”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər qeyd edir ki, İran xalqı böyük bir addım ataraq, dünyanın yanlış bir şəkildə “imperialistlər”ə və “imperializmə tabe olanlar”a bölünməsini inkar etmişdir. O həmçinin deyir: “Hərçənd bu gün imperialistlər əllərində olan saysız-hesabsız vasitələr sayəsində zəiflər və məzlumlar üzərində daha artıq ağalıq imkanı əldə edib, lakin bu vəziyyətin qarşılığında din və əxlaqa əsaslanan İslam İnqilabı adlı bir kimlik baş qaldıraraq imperializm sistemi qarşısında şücaətlə durub”.

“İslam İnqilabı durmadan zirvələrə doğru irəliləyir, onun bu irəliləyişini durdurmağa çalışan düşmənləri isə uğursuzluğa düçar olur” – deyən Həzrət Ayətullah Xamenei əlavə edir: “Müqəddəs Müdafiə dövründə bəziləri bu fikirdə idi ki, tələbələrin cəbhələrə yola düşməsi ilə universitetlər boşalacaq və ölkənin elmi inkişafında boşluq yaranacaq. Amma sonradan məlum oldu ki, Allah yolunda cihad və şəhadətin bərəkəti daha çoxdur. O cihad, əzab-əziyyət və səylər bu gün ölkədə elmin qürurverici bir səviyyəyə yüksəlməsinə və digər sferalarla müqayisədə daha da irəli keçməsinə səbəb oldu”.

Ali Məqamlı Rəhbər şəhidlərin adını və şəhadət mədəniyyətini yaşatmağın ölkənin başlıca ehtiyaclarından biri və həyat əhəmiyyətli bir məsələ olduğunu qeyd edərək deyir: “Şəhadət mədəniyyəti xalqın və bütün bəşəriyyətin ortaq və uzunmüddətli hədəfləri uğrunda fədakarcasına canından keçmək mədəniyyəti deməkdir və bu mədəniyyət hər şeyi insanın özü, şəxsi və maddi mənafeyi meyarı ilə ölçən fərdiyyətçi Qərb mədəniyyətinə tam əksdir”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğulayır: “Hansı cəmiyyətdə fədakarlıq və şəhadət mədəniyyəti genişlənərsə, həmin cəmiyyət irəli gedər və onda heç bir zaman ətalət və geriləmə olmaz”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /