Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elə etmək lazımdır ki, mömin və istedadlı gənclərimizin əməyinin məhsulu idxal olunan mallar qarşısında kölgədə qalmasın

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ölkədə mühəndislərin peşə bayramının lazımi səviyyədə qeyd olunması məqsədi ilə təşkil olunmuş komitənin üzvləri ilə 6 bəhmən 1393-cü il (23 yanvar 2015) tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər həmin məqsədlə Tehran teleqülləsinin toplantı salonunda keçirilən konfransda oxundu.

Görüş zamanı Ali Məqamlı Rəhbər mühəndisliyin geniş əhatəli bir peşə sahəsi olduğunu qeyd etmiş, gənc mühəndsilərin müxtəlif etaplarda, o cümlədən inqilabi mübarizə və Müqəddəs Müdafiə illərində effektiv rol oynadıqlarını bildirərək demişdi: “Müqəddəs Müdafiə dövründə mühəndislərimiz canından keçmiş əsgərlər kimi bütün güc, məharət və istedadlarını sərf edirdilər. Bu istedadlı gənclər hər gün yeni bir nailiyyətə imza atırdılar”.

Ali Məqamlı Rəhbər mühəndislərin müharibədən sonra da gərgin fəaliyyətə davam edərək diqqətəlayiq elmi nailiyyətlər qazandıqlarını, mühüm və məsuliyyətli sferalarda iştirak etdiklərini vurğulayaraq demişdi: “Siz ölkənin müxtəlif sferalarında “Biz bacarırıq!” prinsipini əməli surətdə xalqa nümayiş etdirməyə çalışmalı, mövcud boşluqları və ehtiyac duyulan məqamları müəyyən edərək hələ görülməmiş işlərin reallaşmasına səy göstərməlisiniz”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei lüzumsuz idxal və qaçaqmalçılığın ölkəyə vurduğu zərbədən danışaraq aşağıdakıları vurğulamışdı: “Bu gün idxal olunan məhsulların böyük həcmi iqtisadiyyatımıza təzyiq göstərərək ölkəmizi əldən salır. Ölkəyə qaçaq yolla gətirilən mallarla bağlı statistik rəqəmlər də həddən artıq təəccübləndiricidir. Buna baxmayaraq, qaçaqmalçılığın qarşısını almaq və gömrükdən mənfəət əldə etmək bəhanəsi ilə ölkəyə qeyd-şərtsiz idxalın qapısını rəsmən açmaq da məntiqli bir izah deyil”.

Ali Məqamlı Rəhbər üzünü ölkə mühəndislərinə tutaraq demişdi: “Elə edin ki, ölkəmizin istedadlı, mömin, bacarıqlı və bəzən dahi səviyyəli mütəxəssislərinin əməyinin məhsulu idxal olunan məhsulların qarşısında kölgədə qalmasın”.

Ali Məqamlı Rəhbər konfransın katibinin müqavimət iqtisadiyyatı ilə bağlı səsləndirdiyi fikirlərə, rəsmilərin və müxtəlif sferaların fəallarının bu sözü tez-tez dilə gətirdiklərinə toxunaraq vurğulamışdı: “Əlbəttə ki, dildə deməklə heç bir şey olmayacaq. Bu məsələ hökumət və parlamentdə ciddi şəkildə araşdırılmalı, müqavimət iqtisadiyyatının sözün əsl mənasında rallaşması üçün hansı işlərin görüldüyü və gələcəkdə hələ hansı işlərin görülməli olduğu ortaya çıxarılmalıdır”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /