Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkə büdcəsinin neftdən asılılığına son qoyulmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanında əhalinin müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə builki 22 bəhmən yürüşlərində möhtəşəm iştirakına görə böyük İran xalqına təşəkkür və qədirdanlığını bildirdi və ardınca öz mühüm çıxışında ölkədəki iqtisadi vəziyyəti, problemlərdən çıxış yollarını təhlil edərək müqavimət iqtisadiyyatının siyasətlərini icra etməyin vacibliyini xüsusilə vurğuladı. O, Amerikanın təhdidlərinə və qarşıya qoyduğu cürbəcür şərtlərə, Avropa tərəfindən tətbiq edilən yeni sanksiyalara toxunaraq dedi: “İran xalqı güclü iradəyə malik olduğunu həmişə nümayiş etdirib. Sanksiyalar məsələsində də xalqımız bu məkrli planı puça çıxarmağa müvəffəq olacaq”.

Həzrət Ayətullah Xamenei ötən illə müqayisədə builki 22 bəhmən yürüşlərinin daha izdihamlı və möhtəşəm surətdə baş tutduğu barədə mövcud olan dəqiq statistik məlumatlardan danışaraq dedi: “Böyük İran xalqına təşəkkür etmək və yürüşlərdə xalqın möhtəşəm iştirakını vəsf etmək üçün mənim dilim, doğrudan da, acizdir”.

O, bəzi şəhərlərdə soyuq və yağıntılı hava şəraiti olduğunu, həmçinin Əhvaz və Xuzistanda qum tufanlarının müşahidə olunduğunu qeyd edərək dedi: “Çətin hava şəraitinə və inqilabın qələbəsindən 36 il keçdiyinə baxmayaraq, insanlarımız bu il yürüşlərdə daha mötəşəm və izdihamlı surətdə iştirak edib. Bu, dünyada misilsiz olan bir təzahürdür”.

“22 bəhmən yürüşlərinin belə möhtəşəm və əzəmətli şəkildə keçməsinin əsl səbəbi xalqın ictimai-siyasi arenada varlığı, işlərin xalqa həvalə edilməsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqımız ölkə miqyaslı məsələlərdə nə vaxt bu cür iştirak edibsə, biz daim belə möcüzələrin şahidi olmuşuq”.

Ali Məqamlı Rəhbər bu ümumi prinsipin iqtisadi problemlərdə də keçərli olduğunu bidirərək əhalinin iqtisadiyyat arenasında planlı şəkildə iştirakının, insan potensialından istifadənin vacib olduğunu qeyd etdi. Ölkənin üzləşdiyi iqtisadi problemlərin səbəblərindən danışan Ali Məqamlı Rəhbər dedi: “Ən mühüm səbəblərdən biri İranın məcburən cəlb edildiyi savaşdan sonra imperialist dövlətlərin bu ölkənin dünya və regionda iqtisadiyyat qütblərindən birinə çevrilməsinin qarşısını almaq istiqamətində qurduğu planlardır”.

O, əlavə etdi: “Qərblilər, özəlliklə də Amerika məqsədyönlü planlar qurub müxtəlif metodlardan istifadə edərək ölkəmizlə region dövlətləri arasındakı iriqmiyaslı iqtisadi layihə və fəaliyyətləri pozmuş, İranı neft və qaz nəqli, yeraltı və yerüstü xətlər, kommunikasiya şəbəkələri ilə bağlı layihələrdən kənarda saxlamağa çalışmışlar. Onlar hələ nüvə məsələsi ortaya çıxmamışdan illər öncə faktiki olaraq gizli sanksiyalara start vermişlər. Bu iqtisadi mübarizə bu günə qədər də davam edir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Odur ki ölkədəki vəziyyəti və iqtisadi problemləri təhlil edərkən Amerika və bir neçə Avropa dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə həyata keçirdikləri planları nəzərə almamaq olmaz”.

“Bədxahların planlarına qarşı elə formada mübarizə aparmaq lazımdır ki, düşmənin zərbəsi təsiriz ötüşsün və yaxud təsiri zəif olsun” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmperialist cəbhənin ardıcıl və genişmiqyaslı planlarından əlavə, ölkə iqtisadiyyatı iki böyük problemdən: neftdən asılılıq və dövlət sektoruna aid müəssisələrin üstünlük təşkil etməsindən də kəskin surətdə əziyyət çəkir”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, xam neftin satışı və bundan əldən edilən gəlirin ölkənin cari problemlərinə sərf edilməsi şah diktaturasından miras qalmış, kompensasiya edilməsi mümkün olmayan bir xəsarətdir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /